Kreditin yenidən maliyyələşdirilməsi nədir? | Banco.az

Kreditin yenidən maliyyələşdirilməsi nədir?

Kreditin yenidən maliyyələşdirilməsi dedikdə başqa bir bankda müştəriyə daha əlverişli və loyal şərtlərlə kreditin verilməsi və onun rəşmiləşdirilməsi prosesi nəzərdə tutulur. Bu tipli kreditləşmə zamanı əsas məqsəd başqa bir bankdan götürülən kreditlə daha əvvəl digər bankdan götürülmüş kreditin ödənilməsidir. Maliyyə təşkilatlarının əksəriyyəti öz müştərilərinə daha öncə verdikləri kreditlər üzrə yenidən maliyyələşdirmə proqramı təklif edirlər. Eyni zamanda, bu proqram digər banklardan kredit götürən borcalanlara da aid edilir. Bu proqram sayəsində banklar yeni müştərilər qazanırlar.

Borcgötürənlər arasında kredit kartlarının və nağd kreditlərin yenidən maliyyələşdirilməsi xüsusilə populyardır. Qeyd edək ki, yenidən maliyyələşdirmə proqramı müştərilərə yeni kreditin daha aşağı faiz dərəcəsi ilə aylıq ödəniş məbləğini nəzərəçarpacaq dərəcədə azaltmaq imkanı verir.

Borcalanlara olan tələblər:

Ən sərfəli kredit üçün müraciət et

1. Kredit götürülən ilk bank ilə imzalanan kredit müqaviləsi.

2. Müştərinin kredit götürdüyü ilk bankda kreditləşmə müddəti 3 aydan az olmamalıdır.

3. Kredit üzrə borcun olmaması və sözügedən kredit üzrə müsbət kredit tarixçəsinin olması.

4. Müştərinin kredit götürdüyü ilk bankda kreditin vaxtından əvvəl ödənilməsi üzrə cərimə sanksiyaları tətbiq olunmamalıdır.

Kreditin yenidən maliyyələşdirmə prosesisin tətbiqi zamanı müştərinin ödəmə qabiliyyəti mütləq şəkildə yoxlanılmalıdır. Qeyd edək ki, yoxlama prosesi istehlak kreditinin maliyyələşdirilməsində olduğu kimi icra olunmalıdır.

Sevinc İbadova/Banco.az