Nəzarətsiz buraxılmış kredit hesabı sizə yeni borclanmanın yaranmasından tutmuş, kredit tarixçəsinin pozulmasına qədər bir sürü xoşagəlməz hal yaşada bilər. Krediti qaytardınız – dərhal bankdakı kredit hesabını bağlayın.
Krediti tamamı ilə qaytarmaq ilə bağlı yanlışlığa yol verə bilərsiniz. Yəni krediti tam ödədiyinizi düşündüyünüz halda hesabınızda hansısa məbləğlər ilişib qala bilər. Bir neçə manatın kartda qalması və onun üzərinə yenidən faizlərin hesablanması, bir neçə aydan sonra çox acınacaqlı bir situasiya yarada bilər. Hesablanmış cərimələr ödəməli olduğunuz pulu on dəfə, bəlkə də yüz dəfələrlə artıra bilər. Məhz buna görə son ödənişi həyata keçirdikdən sonra, kredit hesabını bağlamaq üçün ərizə yazmaq gərəkdir.
Mümkün risklərdən sığortalanmaq üçün bank nümayəndəsindən xahiş etmək lazımdır ki, borcun tamamı ilə bağlanması haqqında sizə çıxarılış (qəbz) versin və ya kreditin bağlanması ilə bağlı ərizə müraciəti yazmaq lazımdır.
Bu prosedur sizin rahatlığınız təmin edəcək.. Hesab bağlandıqan sonra sizin bankla bütün rəsmi əlaqələriniz kəsiləcək, öhdəliklər isə bütünlüklə yerinə -yetirilmiş hesab olunacaq.