Banco.az saytı Mərkəzi Bankın son hesabatlarına istinadən xəbər verir ki, 2015-ci il mayın 1-nə cəmi borcalanların sayı 1.04% artaraq 2 mln 414122 nəfər təşkil edib.
Borcalanların böyük hissəsini isə (2381592) fiziki şəxslər təşkil edir. Onların sayı keçən ayla müqayisədə, 1.04% artıb. Hüquqi şəxslərin sayında 0.28%, Sahibkarlıqla məşğul olanların sayında isə 0.99% artım müşahidə olunub.
Zaminlik edən şəxslərin sayı 1 ay ərzində 0,57% artaraq, 1115820 nəfərə bərabər olub.
Ən böyük artım kredit məlumatlarının sayında olub (2.18%)
*Cari borcu olmayan, lakin haqqında tarixi məlumatlar saxlanılan borcalanlar da daxildir
**Tam ödənilmiş kreditlər də daxildir