Kredit təşkilatlarının Mərkəzi Bank qarşısında öhdəlikləri bir aya 4% artıb | Banco.az

Kredit təşkilatlarının Mərkəzi Bank qarşısında öhdəlikləri bir aya 4% artıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının və bank olmayan kredit təşkilatlarının (BOKT) Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında olan öhdəlikləri bu il avqustun 1-nə 7 117,4 mln. manat təşkil edib. 

AMB-yə istinadən xəbər verilir ki, bu, iyulun 1-i ilə müqayisədə 269,5 mln. manat və yaxud 3,94% çoxdur. 

Ötən ilin analoji dövrü ilə müqayisədə isə AMB-nin banklara və BOKT-lara tələbi 24,3 mln. manat və yaxud 0,34% artıb.

Qeyd edək ki, bankların AMB qarşısındakı öhdəliklərinin maksimal həddi 2016-cı ilin oktyabr ayında qeydə alınıb və 7 507 mln. manat təşkil edib. Son göstərici maksimal həddən 389,6 mln. manat və yaxud 5,19% azdır. 

"Report"un analitik qrupu bildirir ki, bank sektorunun II rübdə mənfəət əldə etməsi fonunda kommersiya banklarının və BOKT-ların AMB qarşısında olan öhdəliklərinin kəskin artması "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin öhdəliklərinin restrukturizasiyası ilə bağlı ola bilər. Çünki iyul ayında kommersiya banklarının xarici öhdəlikləri də artıb.