Kredit təşkilatından işçi qəbulu elanı | Banco.az

Kredit təşkilatından işçi qəbulu elanı

Əgər peşə təcrübəsi toplayaraq karyeranızda yüksəlmək istəyirsinizsə “TCF” Bank olmayan kredit təşkilatı  Sizin üçün bu imkanı yaradır.

Banco.az portalı olaraq, sizə vakansiya üzrə nəzərdə tutulmuş tələbləri və əsas iş funksiyalarını təqdim edirik:

Əsas vəzifə və öhdəliklər:

  • Ödəniş sənədlərinin tərtibi;
  • Gündəlik bank və kassa əməliyyatlarının əməliyyat proqramında qeydiyyatı;
  • Təhtəl hesab şəxslərlə hesabatın uçotu;
  • Qarşısına qoyulan və rəhbərlik tərəfindən tələb edilən bütün cari mühasibat əməliyyatlarının yerinə yetirilməsi.

Tələb olunan keyfiyyətlər:

  • Ali iqtisadi təhsil; 
  • Müvafiq sahədə ən azı 6 (altı) ay iş təcrübəsi;
  • Microsoft Office proqramlarını (əsasən MS Excel) yüksək səviyyədə bilmək bacarığı;
  • Azərbaycan dilində sərbəst danışmaq (ingilis dili arzuolunandır);
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Mühasib) qeyd etməklə göndərmələri xahiş olunur.

Ən sərfəli kredit üçün müraciət et

CV-lər həmçinin aşağıda göstərilən ünvana təqdim edilə bilər:

Baş İdarə

Ünvan: Bakı şəh., Binəqədi Rayonu, Ə. Naxçıvani, ev 3066-cı məhəllə

Faks: (99412) 563 23 27

Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz: http://banco.az/az/jobs