Kredit sığortası üzrə yığımlar və ödənişlər azalıb | Banco.az

Kredit sığortası üzrə yığımlar və ödənişlər azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda kreditlərin sığortası üzrə yığımların məbləği 4 milyon 52 min manat təşkil edib.

Banco.az Mərkəzi Banka (AMB) istinadən xəbər verir, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 262 min manat və ya 6,1% azdır.

Sığorta ödənişlərinin məbləği isə illik müqayisədə 16,9% azalaraq 53 min manata enib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında bu növ üzrə yığımların məbləği 4 milyon 314 min manat, ödənişlərin məbləği isə 63,8 min manata bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram