2019-cu il yanvarın 1-nə əsasən, Azərbaycanda bank və kredit təşkilatlarının cəmi kredit portfelinin 38%-i və yaxud manat ekvivalentində 4 milyard 946,7 milyon manatı xarici valyutada olan kreditlərin payına düşüb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq statistikasından məlum olur.
Hesabata əsasən, kredit portfelinin dollarlaşma səviyyəsində aylıq müqayisədə 0,8 faiz bəndi artım müşahidə olunub.
Sözügedən nisbət 2018-ci il dekabrın 1-nə 37,2%, 2018-ci ilin əvvəlinə 40,9% olub. 2019-cu il yanvarın 1-nə kredit təşkilatlarının cəmi kredit qoyuluşu 13 milyard 20,3 milyon manat təşkil edib. Bunun da 1 milyard 585 milyon manatını və yaxud 12,2%-ni vaxtı keçmiş kreditlər olub.
report.az