Kredit kartlarının müsbət və mənfi tərəfləri | Banco.az

Kredit kartlarının müsbət və mənfi tərəfləri

Kredit kartları istifadəçilərinin sayı durmadan artır. Lakin hələ də özünə bank hesabı açdırmağa tərəddüd edən vətəndaşlar kifayət qədərdir. Bu məqaləmiz məhz belə şəxslərə məsləhət xarakteri daşıyır. Məqalədə kredit kartlarından istifadənin 4 əsas müsbət və mənfi cəhətlərini göstərmişik. Ümid edirik ki, məqaləmiz bütün cavabsız suallarınıza cavab tapmaqda kömək edə biləcək. Nümunə kimi televizor satın-alınmasından istifadə etmişik.

Kredit kartlarından istifadənin müsbət tərəfləri

  1. Yerindəcə təminat və məmnuniyyət. Tutaq ki, siz hansısa mağazada 500 AZN dəyərində televizor bəyənmisiz, lakin onu almaq üçün kifayət qədər nağd pulunuz yoxdur. Bunun üçün artıq nə aylarla pul yığmağınıza, nə də kimdənsə borc almağınıza ehtiyac yoxdur. Bu halda siz kredit kartınızın yaratdığı imkandan faydalanaraq mağazadan televizorla birlikdə çıxa bilərsiniz. Beləcə, kredit kartları sizə imkan yaradır ki, istədiyiniz şeyi, istədiyiniz vaxt əldə edəsiniz.
  2. Təhlükəsizlik və rahatlıq.  Çox bahalı məhsulların alış-verişini nağd pulla etmək yetəri qədər təhlükəlidir. Yəni siz şoppinq zamanı pul kisənizi itirə bilərsiniz. Bu səbəbdən kredit kartları ilə alış-veriş etmək daha asan və təhlükəsizdir.
  3. İstehlakçı hüquqlarının müdafiəsi. Təsəvvür edək ki, siz yaxınlığınızdakı qeyri-qanuni satışla məşğul olan mağazadan televizor almısınız və evə gələndən sonra aldığınız malın istifadəyə yararsız olduğunu gördünüz. Lakin artıq malı geri qaytarmaq istəyəndə mağaza sahibləri qəfildən qeyb olurlar. Bu halda nə baş verir? Pulunuz boş yerə xərclənmiş olur. Lakin kredit kartları ilə edilən alış-veriş bəzi müştəri yönümlü qanunlar tərəfindən mühafizə olunur hansı ki, bu qanunlar nağd alış-verişlər üçün keçərli deyil. Pərakəndə satışla məşğul olan satıcı ilə məsələni yoluna qoymağa cəhd etdikdən sonra, nəticə əldə olunmursa, kreditorunuza müraciət edin. Bununla siz həmiin taciri günahkar çıxara və hansısa məbləği ödəməkdən azad ola bilərsiniz.
  4. Mükafatlar. Kredit kartlarının demək olar ki, əksəriyyəti bonuslar təklif edir. Siz bu xalları yığmaqla, səyahət etmək, evinizçün yeni avadanlıqlar əldə etmək və s. kimi şanslar qazanırsınız. Əgər balansınızı vaxtında doldursanız və borcu vaxtında ödəsəniz bu sizi bir addım önə atmış olar

Kredit kartlarından istifadənin mənfi tərəfləri

Ən sərfəli kredit üçün müraciət et

  1. Bədxərcliyə meyillilik. Kredit kartlarının limitinin bərpa olunması onların təhrikedicilik qabiliyyətini daha da artırır. Yəni tutaq ki, siz mağazaya televizor almaq üçün daxil olmusunuz, lakin ordakı laptopu çox bəyənirsiniz və kredit kartının yaratdığı fürsətdən istifadə edib onu da satın almaq fikrinə düşürsünüz. Belə hallarda impulslara nəzarət edə bilmək çox vacibdir.
  2. Yüksək faiz və haqlar. Məsələn, siz televizorun haqqını 3 aya ödəməyi nəzərdə tutmusunuz, lakin bu niyyətinizə sona kimi sadiq qalmırsınız. Yəni siz haqqı tələb olunan ən minimum məbləğlərlə ödəyirsiniz, belə olduqda isə müddət həddən çox uzanır. Nəticədə faiz və əlavə haqlar kart balansınıza təsir edir. Bu alış-veriş tezliklə nəhəng bir borca çevrilir. Kredit qiymətlərini aşağı səviyyədə saxlamağın yeganə yolu ödənişləri vaxtında və tez yerinə yetirməkdir.
  3. Səhvlərin uzunsürən və yüksəkmiqdarlı dəyəri. Yəni siz hər dəfə kredit ödənişinin vaxtını gecikdirdikcə, bu sizə baha başa gələcək. Lüzumsuz yerə daha çox ödəniş etməli olacaqsınız.
  4. Şəxsi məlumatların oğurlanması. Əgər siz alış-veriş zamanı kredit kartınızı itirsəniz, bunun fəsadı nə olacaq? Əgər siz bu barədə lazımı şəxsləri dərhal məlumatlandırsanız, onda saxta ittihamlardan azad olacaqsınız. Lakin bəzi təcrübəli və ixtisaslaşmış oğrular, sizin kartınızdakı şəxsi məlumatlardan istifadə edərək, sizin adınıza yeni kart hesabının açılmasına nail ola bilərlər.

Əslində kredit kartlarının yuxarıda sadalananlardan daha çox müsbət və mənfi xüsusiyyətləri var. Lakin biz çalışdıq ki, ən zəruri olanları diqqətinizə çatdıraq.