Kredit kartlarının hansı növləri və üstünlükləri var? | Banco.az

Kredit kartlarının hansı növləri və üstünlükləri var?

Qızılı çipli kart ilə çipli olmayan platin kart bir-birindən nə ilə fərqlənir? Bu məqalədə kartın rənginin onun statusuna necə təsir etdiyi faktını aydınlaşdırmağa çalışacağıq.

Kredit kartlarını bir neçə meyara görə təsnifatlaşdırmaq mümkündür: tipinə, ödəniş sisteminin və üstünlüklərin növünə görə.

Tipinə görə kartların müqayisəsi:

- Standart kartlar. Bu kartlar maqnit zolağına malik olur. Sözügedən zolaqda bankomat vasitəsilə bank hesabına keçid etməyə imkan verən məlumat saxlanılır. Kartların bu növü istifadəçilər arasında daha geniş yayılmışdır.

- Çipli kartlar. Bu kartlarda maqnit zolağı ilə yanaşı, mikroprosessor da olur. Mikroprosessorda saxlanan informasiyanın həcmi maqnit zolağında saxlanılan məlumatın ölçüsü ilə müqayisədə 80 dəfə daha çoxdur. Bu kartlarda bank hesabı üzrə bütün məlumatları saxlamaq mümkündür. Sözügedən kartların ən böyük üstünlükləri isə fırıldaqçılardan maksimum dərəcədə müdafiəni təmin etmələridir.

Ödəniş sisteminə görə kartların müqayisəsi:

Ödəniş sisteminin beynəlxalq və lokal olmaqla, 2 tipi mövcuddur. Beynəlxalq ödəniş sistemləri sırasına Visa, MasterCard, American Express və Diners Club sistemlərini aid etmək olar. Lokal ödəniş sistemlərindən ibarət siyahıda isə Sberkard (yalnız Sberbankın şöbələrində və əməkdaş təşkilatlarda istifadə olunur), Union Card, NPS və digərlərinin adını qeyd etmək olar. Ödəniş sisteminin daha nüfuzlu olması ona məxsus kartların daha geniş ərazidə və daha çox insan tərəfindən istifadə olunacağı mənasına gəlir. Bir qayda olaraq, ödəniş sisteminin görünüşü kart sahibinin əlavə ödənişlərinə təsir etmir.

Üstünlüklərinə görə kartların müqayisəsi:

- Klassik kartlar. Standart xidmət növünü nəzərdə tutan bu kartlar istifadəçilərə adi xidmət və kredit xətti təklif edir. Bütün müştərilər üçün xüsusi təyinatla rəsmiləşdirilir.

- Qızıl kartlar. Yüksək kredit limitinə malikdirlər. Hesab xidməti üzrə nisbətən sadələşdirilmiş şərtlər təklif edirlər. Malların və xidmətlərin ödənilməsi müqabilində xüsusi təkliflər təqdim edirlər.

- Platin kartlar. İmtiyazlı kartlar olmaqla yanaşı, həmçinin kart sahibinin yüksək nüfuzundan xəbər verir. Sözügedn kartların üstünlükləri sırasına əlavə xidmət (məsələn, sutka ərzində bank mütəxəssisinə dəstək verilməsi formasında), konsyerj xidməti (taksi çağırılması, soraq məlumatı), xarici ölkələrə gedən zaman təklif olunan əlavə sığorta, mağazalarda alış-veriş edən zaman endirimlər edilməsi daxildir.

- Kobrend kartlar. Bonus proqramları (əksər hallarda, aviaşirkət və ya ticarət şəbəkələri) ilə birlikdə istifadəçilərə təqdim olunur. Kartdan xərclədiyiniz məbləğlər sizə bonus xallar qazandırır. Onların vasitəsilə isə bir sıra ütünlüklər əldə etmək mümkündür.

Ad

Xüsusiyyət

Visa Electron

Mənfiyə getmək imkanı olmayan debet kart (yəni overdraft-ı olmayan). İrlandiyadan, Avstraliya, Kanada və ABŞ-dan başqa hər yerdə ödəniş üçün istifadə etmək mümkündür. Ən aşağı təhlükəsizlik səviyyəsinə malikdir

Visa Electron Instant Issue

Sizin yanınızdaca emissiya edilən kart. Onun üzərində kart sahibinin adı və soyadı əks olunmur. Bu kartla internetdə ödəniş etmək mümkün olmur.

Visa Electron non-Personalised

Sizin adınızı almayan kart. Onunla dükanlarda alış-veriş etmək mümkün olsa da internetdə istifadə etmək olmur.

Visa Classic

Bütün dünya üzrə ödənişlər etməyin mümkün olduğu universal kart, o cümlədən, internet ödənişləri həyata keçirə bilərsiniz. 

Visa Classic Instant Issue

Sizin iştirakınızla, yanınızdaca emissiya edilən universal kart.

Visa Unembossed Classic

Bu kartın üzərindəki nömrələr və kartın sahibi haqqında məlumatlar embossə edilməyib, sadəcə çap olunub. Amma buna baxmayaraq, demək olar ki, hər yerdə kart vasitəsi ilə ödəniş etmək mümkündür.

Visa Gold

İmtiyazlı kartdır, kredit limiti daha yüksəkdir, müxtəlif endirimlər və bir sıra pulsuz xidmətlərdən yararlanmaq imkanı verir.

Visa Platinum

Elit kartdır, özündə bir sıra pulsuz xidmətləri, endirimləri, sığorta və digər servisləri birləşdirir.

Visa Infinite

Ən yüksək prestijli kart hesab olunur. Kredit limiti olduqca yüksəkdir. Pulsuz konserj, sığorta, müdafiə proqramı, endirim və personal xidmətlə təchiz edilib.

MasterCard Maestro

Bu, ödəniş sisteminin ən ucuz kartıdır. Mühafizə proqramı olduqca zəifdir. Onun vasitəsi ilə alış-veriş etmək və ödəniş gerçəkləşdirmək mümkündür. Lakin o, özünəxidmət terminalları və avtomatlarında istifadə edilmir.

MasterCard Electronic

Üzərində nömrəsi və sahibin adı olmayan kart. Adətən, yeni kart istifadəçiləri üçün nəzərdə tutulur. Onun vasitəsi ilə dükanlarda alış-veriş mümkün olsa da internet ödənişləri həyata keçirmək olmur.

MasterCard Unembossed

Üzərində relyef yazıları yoxdur. Onların vasitəsi ilə istər real, istər də internet dükanlarda alış-veriş etmək mümkündür.

MasterCard Standard

Hər yerdə keçərli olan standart kart.

MasterCard Gold

Əlavə imkanlar ilə təchiz edilmiş, xüsusi imtiyazlı kart: gün ərzində dəstək xidməti, sığorta, endirim.

MasterCard Platinum

Kredit limiti daha yüksəkdir. Həmçinin 24 saat ərzində pulsuz konsyerj xidmətindən, eləcə də digər bonus və endirimlərdən yararlanmaq imkanı var.

MasterCard World

Ölən və ya dünyanın bir yerindən digərinə səyahət etməyi sevənlər üçün, məxsusi nəzərdə tutulmuş kart. Xüsusi proqram vasitəsi ilə xidmət olunur. Kart sahibinə xüsusi sığorta müdafiəsi təklif edilir. Kartda həmçinin endirim sistemi də nəzərə alınıb. 

DinersClub International

Bu kart, əsasən, ABŞ və bir sıra Avropa ölkələrində yayılıb. Azərbaycanda hazırda dövriyyədə yoxdur.

   

Ən sərfəli kredit üçün müraciət et

Könül Soltanova & Sevinc İbadova/ Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç