Kredit kartlarını atıb, maaş kartları alırlar – SAYLARI AÇIQLANDI | Banco.az

Kredit kartlarını atıb, maaş kartları alırlar – SAYLARI AÇIQLANDI

Azərbaycanda kredit kartlarının sayında azalma, maaş kartlarında isə artım var.

2019-cu ilin 10 ayının yekun nəticəsinə görə, ölkədə olan ödəniş kartlarının sayı 7136 min ədəd olub. Bu göstərici ilin əvvəli ilə müqayisədə 586 min və ya 8,94%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 712 min və ya 11,08% artıqdır.

Sosial kartlar azalır

2019-cu ilin 10 ayına olan məlumata görə, ölkədə 2383 min ədəd sosial kart var. Son bir ayda bu kartların sayı 271 min və ya 10,21% azalıb. İlin əvvəli ilə müqayisədə isə sosial kartların sayı 137 min ədəd və ya 5,43% azalıb. Azalma aqro kartlarla əlaqədardır.

Əməkhaqqı kartlarının sayı kəskin artıb

Ən sərfəli kredit üçün müraciət et

Noyabrn 1-nə olan məlumata görə, Azərbaycanda 2276 min əməkhaqqı kartı var. Bu göstərici hər ay artır. Təkcə oktyabrda əmək haqqı kartlarının sayında 64 min ədəd və ya 2,89% artım olub. İlin əvvəli ilə müqayisədə isə əməkhaqqı kartlarının sayı 223 min ədəd və ya 10,86% artıb.

Ölkə üzrə digər kartların sayı 1719 min ədəddir. Digər kart növlərinin sayı 9-cu ayla müqayisədə 81 min və ya 4,94%, ilin əvvəli ilə müqayisədə 615 min ədəd və ya 55,7% artıb.

Kredit kartlarına maraq azalıb

Bu ilin 10 ayı ərzində ölkədə olan kredit kartlarının sayı 758 min olub. Son bir ayda kredit kartlarının sayı 5 min ədəd və ya 0,63% azalıb. İlin əvvəli ilə müqayisədə isə kredit kartlarının sayında 115 min və ya 13,17% azalma var.

fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et