Kredit kartlarından istifadə artıb | Banco.az

Kredit kartlarından istifadə artıb

1 sentyabr tarixinə Azərbaycanda dövriyyədə olan ümumi ödəniş kartlarının sayı 5 mln. 866 min ədədə çatıb.

Mərkəzi Bankdan verilən xəbərə görə, bunun da 1 mln.  181 min ədədini kredit kartları, 2 mln. 544 min ədədini sosial kartlar, 1 mln. 401 min ədədini əmək haqqı kartları  təşkil edib.

Hesabata əsasən  kredit kartlarının sayı ilin əvvəli ilə müqayisədə 25 faizdən çox artıb.

Bildirək ki, cəmi ödəniş kartlarında isə bu artım 3,4 faiz olub.

Hesabata əsasən 1 senyabr tarixinə debet və kredit kartları ilə ümumilikdə 950 mln. manat həcmində 6 mln. 351 min ticarət əməliyyatı həyata keçirilib.

Ən sərfəli kredit üçün müraciət et

Gün.az

Ən sərfəli krediti almaq üçün müraciət et