Kredit kartları istifadəçilərə hansı üstünlüklər qazandırır? | Banco.az

Kredit kartları istifadəçilərə hansı üstünlüklər qazandırır?

Kredit kart istifadəçiləri kreditləşmənin güzəşt müddəti, pul vəsaitlərinin fırıldaqçılardan etibarlı şəkildə müdafiəsi və bank tərəfdaşları tərəfindən təqdim olunan müxtəlif endirimlər kimi çoxsaylı üstünlüklərə sahib olurlar.

Kreditlər istənilən əşyanı indi alıb, daha sonra ödəmək imkanı verdiyindən əhali üçün olduqca əlverişli xarakter daşıyır. Lakin kredit yalnızca borcgötürən üçün deyil, həmçinin bank üçün də sərfəli olmalıdır. Bu səbəbdən də kreditdən istifadəyə görə müxtəlif komissiyalar və faiz dərəcələri müəyyən olunur. Bundan əlavə, sözügedən xidmətin maksimum dərəcədə tanınması və istifadəsi üçün maliyyə müəssisələri müxtəlif güzəşt növlərindən istifadə etməyə və istehlakçıya daha sərfəli kreditləşmə şərtləri təklif etməyə çalışırlar.

Bu xidmətlərdən biri də fırıldaqçılardan etibarlı şəkildə müdafiəni təmin edən kredit kartlarının əldə edilməsi imkanının olmasıdır. Bəs kreditləşmənin məhz bu növü hansı üstün tərəfləri ilə fərqlənir?

İlk növbədə, kredit kartı sizə güzəşt müddətinə sahib olmaq imkanı verəcək ki, bu müddət ərzində siz heç bir əlavə faiz dərəcəsi olmadan borclarınızı tam şəkildə ödəmək imkanı əldə edəcəksiniz. Bir qayda olaraq, bu müddət kredit müqaviləsinin və kredit kartının növündən asılı olaraq, 1 yaxud 2 ay arasında dəyişir.

Kredit kartlarının növbəti üstün cəhəti ondan ibarətdir ki, bu kartlar vasitəsilə siz özünüz ilə nağd pul götürmək ehtiyacından azad olur və məhsul və ya xidmət üzrə elə yerindəcə ödəniş etmək imkanı qazanırsınız. Belə ki, bankların tərəfdaşları olan bir çox mağaza və supermarketlərdə ödənişlərin kredit kartları vasitəsilə həyata keçirilməsinə şərait yaradılır.

Ən sərfəli kredit üçün müraciət et

Daha bir üstün cəhət isə ayrı-ayrı ticarət şəbəkələri tərəfindən kredit kart sahiblərinə yüksək güzəştlərin təqdim edilməsidir.

Kredit kartlarının ən böyük üstün cəhətlərindən biri isə istifadəçiləri oğru və fırıldaqçıların hədəfinə çevrilməkdən müdafiə etməsidir. Belə ki, kart sahibi hətta pul kisəsini itirdiyi təqdirdə belə, onun fırıldaqçıların qurbanına çevrilməsi ehtimalı olduqca aşağıdır. Kart sahiblərinin pul vəsaitləri xüsusi texnologiyadan istifadə hesabına qorunur: kartlar ənənəvi maqnit zolağı və slipdəki imzadan əlavə, həmçinin xüsusi çiplə təmin olunur.

Kredit kartları üzrə bütün əməliyyatlar yalnızca kart sahibinə məlum olan PİN-kodun təsdiq edilməsi vasitəsilə həyata keçirilir. Bununla da, sizin kredit kartınız kənar şəxslərin əlinə keçdikcə, onlar PİN-kodu bilmədikləri üçün sizin pul vəsaitlərinizdən istifadə edə bilmirlər. Bundan əlavə, xüsusi çiplə təmin olunmuş kredit kartlarını saxtalaşdırmaq mümkün olmadığından, kart sahibi bütün mümkün fırıldaqçılıq hallarından sığortalanmış olur.

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et