Kredit kartları ilə bağlı yeni dəyişiklər ola bilər - AÇIQLAMA | Banco.az

Kredit kartları ilə bağlı yeni dəyişiklər ola bilər - AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Azərbaycanda "cart to cart" əməliyyatları ilə bağlı ciddi dəyişikliklər nəzərdə tutulur.

Banco.az xəbər verir ki, vergidən yayınma hallarının qarşısını almaq məqsədilə bu əməliyyatlar üzərində nəzarətin artırılması planlaşdırılır. Məsələ ilə bağlı fikirlərini bildirən iqtisadçı və millət vəkili Vüqar Bayramov qeyd edib ki, bu sahədə yeni mexanizmlər üzərində iş gedir və dəyişikliklərin yaxın gələcəkdə tətbiq edilməsi mümkündür.

Millət vəkili bildirib ki, vergi subyekti olan şəxslərdən alınan ödənişlərin vergiyə cəlb edilməsi nəzərdə tutulur. "Bu, xüsusən, vergidən yayınmaq üçün "cart to cart" üsulu ilə ödəniş tələb edənlərə qarşı tətbiq ediləcək. Hazırda bu mexanizmin üzərində iş aparılır və müvafiq hüquqi baza hazırlandıqdan sonra müzakirələrə çıxarılacaq", - deyə Bayramov vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Vüqar Bayramov, həmçinin kredit kartları ilə bağlı yeni qaydaların tətbiq olunmasının gündəmdə olduğunu bildirib. O, bu sahədəki problemlərə toxunaraq qeyd edib ki, vətəndaşların istifadə etdikləri vəsaitləri vaxtında geri qaytarmadıqları halda, yüksək cərimələrlə üzləşmələri mümkündür.

"Vətəndaş kredit kartı vasitəsilə vəsaitdən istifadə etdikdən sonra müəyyən olunmuş müddətdə geri ödəniş etmirsə, bəzi banklar yüksək cərimələr tətbiq edir. Bu faizlərin miqdarı bəzən aylıq faiz dərəcələri qədər yüksək ola bilər. Buna görə də bu istiqamətdə qaydaların sərtləşdirilməsi və məhdudiyyətlərin tətbiqi gözlənilir", - deyə iqtisadçı əlavə edib.

Ən sərfəli krediti almaq üçün müraciət et