Kredit kartları artıb - RƏQƏMLƏR | Banco.az

Kredit kartları artıb - RƏQƏMLƏR

2018-ci ilin Avqust ayının sonunda cəmi ödəniş kartlarının sayı 6 milyon 224 min ədəd təşkil edib.

İyul ayı ilə müqayisədə Avqustda cəmi ödəniş kartlarının sayı 50 min ədəd artıb. Mayda artım 50 min ədəd, İyunda 40 min ədəd, İyulda isə 62 min ədəd təşkil etmişdi.

İyul ayı ilə müqayisədə Avqustda sosial kartların sayı 16 min ədəd azalaraq 2 milyon 505 min ədədə düşüb. Əməkhaqqı kartlarının sayı isə 22 min ədəd artaraq 1 milyon 930 min ədədə çatıb. Digər debet kartlarının sayı 31 min ədəd artaraq 953 min ədədə, kredit kartlarının sayı isə 13 min ədəd artaraq 836 min ədədə qalxıb. 

Ən sərfəli kredit üçün müraciət et

Ötən ilin sonu ilə müqayisədə isə bu ilin 8 ayı ərzində cəmi ödəniş kartlarının sayı 424 min ədəd, o cümlədən əmək haqqı kartlarının sayı 103 min ədəd, kredit kartlarının sayı 213 min ədəd, sosial kart və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı isə 138 min ədəd artıb. Sosial kartların sayı isə 30 ədəd azalıb.

Marja.az