Kredit İşçisi axtarılır! | Banco.az

Kredit İşçisi axtarılır!

FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı  SABİRABAD filialı üçün KREDİT İŞÇİSİvəzifəsinə işçi axtarışı elan edir. Biz biznes sahəsində çalışan adamlarla gündəlik işləmək, ünsiyyətdə olmağa marağı olan və enerjili namizədlərin komandamıza qoşulmasını arzulayırıq. Bu vəzifədə çalışan əməkdaş  iş vaxtının müəyyən bir hissəsini kiçik və orta bizneslə məşğul olan sahibkarların fəaliyyət göstərdikləri ərazilərdə, o cümlədən ticarət obyektlərinin (bazarlar, yarmarkalar) v.s. sıx yerləşdiyi digər ərazilərdə davam etdirərək kredit müştərilərinin cəlbi ilə aktiv şəkildə məşğul olur. “FINCA Azerbaijan” Azərbaycanda 150,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır.

Kredit İşçisi vəzifəsi üçün tələb olunanlar:

  • Ali təhsil (riyaziyyat və iqtisadiyyat arzuolunandır);
  • Bank və ya Bank olmayan Kredit təşkilatlarında kreditvermə sahəsində minimum 1 il iş təcrübəsi;
  • Şəhər və ətraf ərazilərdə yerləşən sahibkarlıq obyektləri (bizneslər) haqqında ətraflı bilik və məlumatlara sahib olmaq;
  • Müştərilərin cəlb edilməsində təcrübə və səriştəyə malik olmaq;
  • Elementar riyazi hesablama aparmaq bacarığı;
  • Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
  • Azərbaycan dilində sərbəst danışmaq;
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Ən sərfəli kredit üçün müraciət et

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 10 Mart 2015-ci il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№113/15) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Ən sərfəli krediti almaq üçün müraciət et