Kredit girovlarının 73%-i daşınmaz əmlakdır | Banco.az

Kredit girovlarının 73%-i daşınmaz əmlakdır

Azərbaycanda kiçik və orta sahibkarların götürdükləri kreditlərə görə girov qoyduqları əmlakın 27%-i daşınar, 73%-i isə daşınmaz əmlakdır. Bunu Bakıda Azərbaycan Banklar Assosiasiyası (ABA) və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) təşkilatçılığı ilə "Daşınar əmlakın yüklülüyü islahatı: sorğunun nəticələri və növbəti addımlar" mövzusunda keçirilən konfransda İqtisadiyyat Nazirliyi sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Ceyhun İsayev deyib.

Onun sözlərinə görə, bu nisbətin dəyişməsi üçün “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsinin qəbulu çox vacibdir: “Bu qanunun qəbulundan və tətbiqindən sonra bankların girov kimi qəbul etdiyi daşınar əmlakın sayının 2 dəfə artacağı, kiçik və orta biznesə kredit qoyuluşunda nəzərəçarpacaq irəliləyiş olacağı gözlənilir. Bu, həm də kredit resurslarına çıxış imkanları ilə bağlı Azərbaycanın beynəlxalq miqyasda mövqeyinin yaxşılaşması deməkdir”.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et