Kredit faizlərində hansı tendensiya var? | Banco.az

Kredit faizlərində hansı tendensiya var?

Banco.az saytı Mərkəzi Banka istinadən bildirir ki, kredit faizlərində ciddi azalma müşahidə olunmur.

Belə ki, milli valyutada verilən kreditlər cari ilin sentyabr ayı ilə müqayisədə 14,33%-dən 14,14%-ə ensə də, xarici valyutada verilən kredit faizlərində artım tendensiyası var.

Ötən ay ilə müqayisədə xarici valyutada verilən kreditlərin faizi 14,30-dan 14,57-yə yüksəlib.

Fiziki şəxslərə verilən kreditlər üzrə orta faiz dərəcəsi yenə də yüksəkdir.

Fiziki şəxslərə xarici valyutada verilən kreditlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,7%-dən 21,36-ə yüksəlmişdir.  Bunun əksinə olaraq, milli valyutada verilən kredit faizlərində cüzi də olsa azalma müşahidə olunur.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 1-3 illik müddətinə verilən kreditlərin faizləri də artmışdır. Artım hər iki valyuta üzrə qeydə alınıb. Daha ətraflı şəkildə cədvəldə izləyə biləsiniz.   

   

Orta faiz

Hüquqi şəxlər

Fiziki şəxslər

1-3 illik kreditlər

01.11.2013

         
 

Manatla

14,33

11,40

18,35

15,47

 

Xarici Valyuta

14,55

10,98

20,7

17,54

01.10.2014

         
 

Manatla

14,33

11,03

18,48

16,28

 

Xarici Valyuta

14,3

9,90

21,32

18,34

01.11.2014

         
 

Manatla

14,14

10,64

18,32

16,32

 

Xarici Valyuta

14,57

9,90

21,36

18,93

Ən sərfəli kredit üçün müraciət et