Mürəkkəb iqtisadi şərait dövründə, ölkədə kreditlər üzrə gecikmələrin artacağını güman etmək olar. Belə situasiyada ən yaxşısı kredit borcundan mümkün qədər tez qurtulmaqdır. Amma yadda saxlayın ki, banklar krediti vaxtından tez bağlayan müştəriləri o qədər də sevmir, bəzi hallarda bu hətta kredit tarixçənizi korlaya da bilər. Amma geri çəkilməyi düşünmürsünüzsə, sizə kreditləri tez bir zamanda bağlamaq üçün 7 praktiki məsləhət təqdim edirik.
1. Xərclərinizi planlaşdırın
Bu punkta əsasən öz gəlir və çıxarlarınızın detallı analizini etməlisiniz. Hətta yaxşı olar ki, uçot kitabı tutasınız və hər ay nəticələri yazasınız. Bu Sizə nədə qənaət etmək və pulu daha səmərəli istifadə etməyin mümkünlüyü ilə bağlı məlumat verəcək. Əsas odur ki, kreditlər üçün aylıq ödəniş qrafiki tərtib edəsiniz və ona riayət etməyə çalışasınız.
Xərcləri hesablayarkən nəzərə alın ki, həyat üçün vacib amillərdə, məsələn dərmalarda və ya kommunal ödənişlərdən imtina etmək və ya qənaət etmək olmaz. Şoppinq və digər emosional əyləncələrdən əl çəkib, bir müddətlik əsas diqqətinizi kredit ödənişinə yönəldə bilərsiniz.
2. Kənara pul qoyun və qənaət edin.
Öz xərc planınıza yenə nəzər salın və onu heç olmasa yenə də 30% sıxışdırın. Xırda şeylərə etdiyiniz xərclərdən imtina edin, məsələn hər gün naharı kafedə etmək, evdən kənarda şam etmək, avtomatda kofe almaq, oxumayacağınız bir kitab və geyinməyəcəyiniz köynək almaq kimi vərdişləri unudun. Siz görəcəksiniz ki, bunlar sizə nə qədər qənaət etmək imkanı verəcək. Pullarınızın hərəkət qanununu anladıqdan sonra, bu Sizə ayda bir-neçə dəfə (əməkhaqqını necə almağınızdan asılı olaraq) əlavə yatırım etmək və ya krediti bağlamaq üçün pul ayırmaq imkanı verəcək.
3. Əlavə gəlir mənbəyi axtarın
Kreditin vaxtından əvvəl ödənişi zamanı ən vacib odur ki, özünüzə yazığınız gəlməsin, ondansa əlavə qazanc yeri axtarın. Əsas iş yerinizdə xahiş edin ki, sizə əlavə də hansısa iş tapşırsınlar və bunun müqabilində də əlavə qazanc versinlər. Həmçinin fərdi dərslər, konsaltinq, internetlə distant bir iş, mətnlərin yazılması, sosial şəbəkələrdə və s – kimi əlavə ödənişli məşğuliyyət tapın, hansından ki, sonradan asanlıqla imtina edə bilərsiniz.
4. Aylıq ödənişi 10% artırın
Bir çoxları düşünür ki, kredit ödənişi üçün müəyyənləşdirilmiş məbləği ödəməklə qənaət edir. Amma əslində bank minimal faizləri elə hesablayır ki, siz onları mümkün qədər daha uzun müddətə ödəyəsiniz. Kredit təşkilatı isə sizin sayənizdə mümkün qədər daha çox qazanmış olur.
Ona görə də aylıq ödənişlərin həcmini 10% artırmaq lazımdır. Amma əgər sizin bir neçə kreditiniz varsa, belə bir kələkdən istifadə edə bilərsiniz. Məsələn, Sizin ipoteka, kreditə alınmış avtomobil və təmir kreditiniz varsa, hər bir kredit üzrə ödənişlərin 10% artırılması Sizə heç nə verməyəcək. Amma əgər siz kiçikdən böyüyə doğru getsəniz, məsələ xeyli asanlaşacaq. Məsələn, əvvəl kredit kartı üzrə borclarınızı bir neçə aya bağlayırsınız. Daha sonra karta sərf etdiyiniz pulu daha iri həcmli kreditə yönləndirirsiniz. Xırda kreditləri bağladıqdan sonra yalnız bir böyük kredit qaldıqda, məsələn ipoteka, əvvəl digər borclara sərf etdiyiniz məbləği həmin krediti bağlamağa yönəldin.
5. Faizləri yüksək olan krediti ilk ödəyin
Əksər azərbaycanların bu gün bir neçə krediti var, böhran vaxtı isə onların hamısını mümkün qədər tez bağlamaq istəyirsiniz. Bir neçə krediti vaxtından əvvəl bağlamaq ilə bağlı başqa bir yolda vardır. İlk öncə, krediti ilk öncə faizi ən yüksək olandan bağlamaq tələb olunur. Bu sizi kreditə görə əlavə ödənişdən xilas edəcək.
Yadda saxlayın ki, heç nəyə baxmayaraq, aylıq ödənişləri gecikdirmək olmaz, çünki bu əlavə cərimə və penyalara səbəb ola bilər.
İkinci növbədə isə, ən “bahalı” krediti ödədikdən sonra, ən kiçik olanın ödənişinə keçin. Bu sizə borclanmaların sayını azaltmaq imkanı verəcək. Yalnız ən sonda uzunmüddətli kreditlərin bağlanmasına girişin.
6. Krediti yenidən maliyyələşdirin
Borcalanlar banklar üçün olduqca dəyərli insanlardır, ona görə onlar əlavə xidmətlərdən yararlana bilir. Bu sırada həmçinin, kreditin yenidən maliyyələşdirilməsi dayanır - bu xidmət köhnə kredit borcunun bağlanmasını üçün yeni kredit rəsmiləşdirməyi nəzərdə tutur.
Yadda saxlayın ki, “ən rahat” heç də həmişə “ən sərfəli” olmur. Ona görə də kredit şərtlərini əvvəlcədən təhlil emtəkdə fayda var.
Heç bir halda kiçik kreditləri bağlamaq üçün daha böyük kredit götürməyə dəyməz. Bu çox geniş yayılmış təcrübədir və adatən insanların borc quyusuna düşməsi ilə bitir.
7. Krediti bağlayın
Son ödənişi etdikdə, mütləq bankdan kreditin tamamı ilə bağlanmağınız haqqında müvafiq çek və ya arayışı tələb edin, yəni həmin sənəddə sizin banka daha heç bir borcunuz olmadığı əks olunmalıdır. Bəzən belə hallar olur ki, hesabda qəpik-quruş olur, amma onun üzərinə faizlər hesablanır. Bunu vaxtında müəyyən etmək üçün arayış lazımdır. Yəni bu öz işini etibarlı tutmaq üçün olduqca vacibdir.