Kredit bazarı nədir? | Banco.az

Kredit bazarı nədir?

Bir tərəfdən  kredit-  mülkiyyət hüquqlarının müvəqqəti verilməsi ilə bağlı yaranan münasibətlər sistemi olduğu halda, digər tərəfdən kredit- bir mülkiyyətçi tərəfindən digərinə xüsusi qiymət- borc faizi müqabilində  və spesifik şərtlərlə - müəyyən müddət ərzində və qaytarılma əsasında satılan məhsuldur. 

Digər sözlərlə kredit – yalnız müvəqqəti olaraq və qaytarılma şərtləri əsasında özgəninkiləşdirilən məhsuldur. Onun alıcı üçün istehlakçı dəyəri dövriyyəyə buraxıldıqdan sonra, gətirəcəyi gəlirdən asılıdır. Kredit məhsul olduğu üçün, onun dövriyyəsi sistemi (alqı-satqı ↔ satqı-alqı) kredit bazarını formalaşdırır. Kredit bazarı maliyyə bazarının seqmentlərindən biridir. O, bütünlükdə aşağıdakı şəkildə təsvir oluna bilər.

Maliyyə bazarının strukturu

Kredit bazarı —müasir bazar iqtisadiyyatı çərçivəsində maliyyə bazarının ən böyük seqmentlərindən biridir, belə ki, bütünlükdə bazar iqtisadiyyatının sürətləndirən və hərəkətə gətirən ən başlıca mexanizm – məhz kredit münasibətləridir.

Kredit münasibətləri —  kreditor və borcalan arasında kreditin verilməsi, istifadəsi və borcun bağlanması ilə bağlı yaranana münasibətlərdir.

Ssudanın (borcun) verilməsi zamanı  kreditor və borcalan kredit münasibətlərinə daxil olurlar. Kredit münasibətlərinin obyekti qismində kredit şəkildə təqdim olunan dəyərlər çıxış edir. Bu zaman borc götürülən dəyərlərin mülkiyyəti hüququ özgəninkiləşdirilmiş və borcalan şəxs və ya idarədə qalır. Borc verən kreditorun, bundan ötrü müəyyən vəsaitləri olmalıdır:

  • Şəxsi yığımları (resurslar);
  • Cəlb olunmuş vəsait (məsələn, banklarda);
  • Səfərbər edilmiş resusrslar, qiymətli kağızların səhm bazarında yerləşdirilməsi nəticəsində cəlb edilmiş vəsaitlər:

Kreditor və borcalanın kredit münasibətləri .

Ən sərfəli kredit üçün müraciət et

1. Borcun təqdim edilməsi. 2. Borcun qaytarılması

Kredit bazarı və onun iştirakçıları

  • Kredit bazarı – fərdi və müstəqil qərar qəbul edən təsərrüfat subyektləri arasında qarşılıqlı münasibətlər formasıdır.
  • Kredit bazarının fərqləndirici xüsusiyyəti odur ki, burada məhsul rolunda pul çıxış edir.
  • Kredit bazarı ssuda kapitalı bazarı anlayışının müəyyən edilməsi üzərində dayanır.

Ssuda kapitalı – qaytarılma şərti ilə müvəqqəti həvalə olunmuş pul vəsaitidir, kredit mövcud kapitalın artırılması vasitəsi kimi nəzərdən keçirilir.

Ssuda kapitalı bazarı ibarətdir:

  • Kredit sistemi ( maliyyə-kredit müəssisələrinin məcmusu);
  • Qiymətli kazğızlar bazarı (ilkin, təkrar, birjadan kənar kağızlar). Qiymətli kağızlar bazarı vəsaitlərin qaytarılmasını nəzərdə tutmayan səhmlərin dövriyyəsini əhatə edir.

Kredit bazarının strukturu:

  • Pul bazarı (qısamüddətli ssuda kapitalı bazarı):
  • kapital bazarı (ortamüddətli kapital bazarı, uzunmüddətli ssuda bazarı)

Kredit bazarı

  • İlkin investorlar – sərbəst maliyyə vəsaitlərinin sahibidirlər (təsərrüfatlar və firmalar). Firmaların müvəqqəti vəsaitləri müvəqqəti sərbəst dövriyyə vəsaitləri, amortizasiya, davamlı passivlər, yığım üçün nəzərdə tutulmuş gəlirlər
  • İxtisaslaşmış vasitəçilər  - kredit-maliyyə təşkilatları müvəqqəti sərbəst vəsaitləri toplayır və onlar mövcud əsaslar üzərində müvəqqəti istifadəyə verir.
  • Borcalanlar isə hüquqi və fiziki şəxslər, həmçinin dövlət özü də ola bilər.

Könül Soltanova [email protected]