Artıq bir çox bank kredit verilişini aktivləşdirib. Lakin ötən illərlə müqayisədə banklar kredit verərkən daha həssas davranmağa başlayıblar. Belə ki, bankların müştərilər qarşısında qoyduqları tələblər bəzən həddindən artıq çox hesab edilə bilər. Amma bankları da bu məsələdə qınamaq olmaz. Çünki məlum iqtisadi vəziyyətdə hər kəs özünü sığortalamağa məcburdur. Gələk kreditlərin verilmə qaydalarına.
Əgər siz bankdan kredit (istehlak krediti) almaq fikrinə düşmüşünüzsə, lakin rəsmi iş yeriniz yoxdursa, yaxşı olardı ki, təcili bu fikirdən daşınasınız. Banklar ilk növbədə sizdən iş yerinizi soruşacaqdır. İş yeriniz varsa və iş yerindən arayış gətirmə imkanınız yoxdursa, bu dəfə də siz kredit barəsində düşünməsəniz çox yaxşı olardı. Üçüncüsü sizin son iş yerindən gətirəcəyiniz arayış son 6 ayı (bəzi banklarda son 1 il) əks etdirmirsə, gözləyin 6 ay tamam olsun sonra müraciət edin.
Əgər iş yeri və iş yerindən arayış məsələsini həll edə bildinizsə, ikinci mərhələyə keçmiş hesab olunursunuz - ÖHDƏLİKLƏR.
Bank sizin bütün öhdəliklərinizə nəzər salacaqdır: Yaşam xərci, əlavə kreditlər(varsa), kredit tarixçəniz və s.
Əgər siz bu mərhələdən keçəcəyinizə əminsinizsə, bir digər məsələ haqqında məlumat vermək istərdik - ƏMƏK HAQQI.
Bəli, düzgün oxudunuz. Sizin aldığınız rəsmi (sənəd üzərində) əmək haqqı sizə kreditin verilməsi prosesində olduqca böyük rol oynayır. Bəzi banklar əmək haqqı üçün minimal tələb qoymasalar da (Hərçənd ki, onlar da respublikanın yaşayış minimumundan - 155 AZN aşağı əmək haqqı qəbul etməyəcəklər) , əksər banklarda standart tələblər vardır.
Banco.az ölkəmizdə nağd pul krediti verən bankların əmək haqqı üçün qoyduqları limitləri bir yerə topladı. Əgər sizin əmək haqqınız bankların qoyduqları minimal tələbi ödəyirsə o zaman kredit müraciətinizin cavabsız qalmaması daha böyük bir ehtimal olacaqdır. Hələ bunun zamin məsələsi də var ki, götürəcəyiniz məbləğdən asılı olaraq sizdən 1 və ya 2 zamin tələb oluna bilər.
Bəzi banklar Kapital Bank, Beynəlxalq Bank, Azər Türk Bank krediti sadəcə əmək haqqını onlardan alan müştərilərinə verir. Bu zaman əmək haqqına qoyulan minimal tələb digər banklardan daha az təşkil edir.
Kredit üçün faiz dərəcələri isə sizin iş yerinizdən və kredit tarixçənizdən asılı olaraq dəyişə bilər.
Bank |
Məbləğ (AZN) |
Faiz |
Əmək haqqı üçün minimal tələb (məbləğ) |
Bank Respublika | 500-5.000 | 32% | 600 AZN |
Bank Avrasiya |
300-10.000 |
27% |
500 AZN |
Yapı Kredi Bank Azərbaycan | 300-10.000 | 28% | 470 AZN |
Bank of Baku2 |
300-5.000 (maks.) |
26-32% |
400 AZN |
CDB Bank |
500-30.000 |
32% |
400 AZN |
AFB Bank |
500-10.000 |
26-30% |
350 AZN |
Bank Silk Way3 | 500-30.000 | 16-18% | 200 AZN |
Unibank |
300-5.000 |
30% |
175 AZN |
Expressbank |
300-5.000 |
28-30% |
155 AZN |
Beynəlxalq Bank4 |
300-15.000 |
27-29% |
150 AZN |
Kapital Bank5 |
300-20.000 |
26,84% |
100 AZN |
AccessBank |
500-10.000 |
29% |
Fərdi yanaşılır |
Azər Türk Bank1 |
500-10.000 |
24-26% |
Fərdi yanaşılır |
Bank BTB |
300-5.000 |
32-38% |
Fərdi yanaşılır |
Dəmirbank |
300-10.000 |
27-29% |
Fərdi yanaşılır |
Rabitəbank |
300-1.000 |
27% |
Fərdi yanaşılır |
Turanbank |
5.000 (maks.) |
29% |
Fərdi yanaşılır |
- Kreditgötürən əmək haqqını Azər Türk Bank-dan almalıdır.
- Bank of Baku-dan kredit almaq üçün iş yeriniz Bank of Baku-nun partnyorlarından biri olmalıdır. İş yerinizin Bank of Baku-nun partnyoru olub olmamasını öyrənmək üçün bankla əlaqə saxlamalısınız.
- Bank Silk Way-dən kredit almaq üçün ya bankın, ya da AZAL-ın əməkdaşı olmaq lazımdır.
- Beynəlxalq Bank - dan əmək haqqı və ya pensiya kartı olmalıdır.
- Kredit Kapital Bank-dan maaş və pensiya kartı olan şəxslərə verilir. Son iş yerində staj minimum 3 ay olmalıdır. Təqaüdçülər üçün isə belə bir tələb yoxdur. Xüsusi hallarda zamin tələb edilə bilər.
Atalar yaxşı deyib, "Borc igidin qamçısıdır". Amma bir deyim də var "Yaxşı at özünə qamçı vurdurmaz". Odur ki, çalışın borcdan da, qamçıdan da uzaq dayanasınız.