Kredit almaq daha da çətin olacaq | Banco.az

Kredit almaq daha da çətin olacaq

AMB: İstehlak kreditlərinin verilməsi ilə bağlı ilin sonunadək əlavə tənzimləyici addımlar atılacaq

“İstehlak kreditlərinin verilməsi ilə bağlı Azərbaycan Mərkəzi Bankı (AMB) müəyyən tənzimləyici addımlar atıb. Nəticə ondan ibarətdir ki, artım dinamikası ötən ilin göstəriciləri ilə müqayisədə 2 dəfə aşağı düşüb. İlin sonunadək əlavə tənzimləyici addımlar atacağıq”.

Bunu jurnalistlərə AMB-nin baş direktoru Rəşad Orucov deyib.

“Hesab edirik ki, bu, banklarda istehlak kreditlərinin verilməsinin dinamikasına bir qədər də azaldıcı təsirlər göstərəcək. Bu tənzimləyici tədbirlərin əsas istiqamətlərindən biri odur ki, insanların gəlirlərinin onların borc yükünə uyğunlaşdırılması tələb olunacaq. Düşünürük ki, insanların tələbləri onların borc yükünə uyğun olmalıdır. İnsanlar rahat şəkildə borclarını ödəməlidirlər. Bunun üzərində iş gedir və ilin sonunadək müəyyən addımlar atılacaq”, - deyə R. Orucov qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Baş direktor bildirib ki, kredit verilməzdən öncə banklar tərəfindən müştərilərin aylıq gəlirləri müəyyən olunmalıdır: “Bununla bağlı müxtəlif variantlara baxırıq və düşünürük ki, 50 faizə qədər normal göstəricidir. Yəni vətəndaşların gəlirinin 50 faizi bütün borclar üzrə ödənişlərə yönəlməlidir. Eyni zamanda banklar qarşısında tələblər qoyuruq ki, kreditləşmə prinsiplərinə əməl etsinlər. İlk növbədə banklar öz məsuliyyətini anlamalıdır. Borclalanların maliyyə imkanlarını düzgün qiymətləndirilməlidir. Bank əmin olmalıdır ki, borclarını vaxtında düzgün özünə əlavə yük yaratmadan xidmət edə biləcək. Eyni zamanda borcalan da məsuliyyətini dərk etməlidir. Bilməlidir ki, borcu vaxtında qaytarmalıdır. Hər iki istiqamətlər həm banklarla, həm də əhalinin maliyyə savadlılığını artırmaqla bağlı iş gedir”, - deyə R. Orucov əlavə edib.