Kral İraqa 1 milyard dollar hədiyyə etdi | Banco.az

Kral İraqa 1 milyard dollar hədiyyə etdi

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud İraqda müxtəlif layihələrin həyata keçirilməsi və Bağdadda Kral Salmanın adına idman şəhərciyinin inşa edilməsi üçün 1 milyard dollar ayırıb.

Bunu İraqda səfərdə olan Səudiyyə Ərəbistanının ticarət və sərmayə naziri Macid Abdulla əl-Kassabi Bağdadda keçirilən mətbuat konfransında bəyan edib.

Nazirin sözlərinə görə, səfər çərçivəsində İraq ilə Səudiyyə Ərəbistanının bütün sahələrdə ikitərəfli münasibətlərinin möhkəmləndirilməsi, iki ölkənin maraqlarına uyğun əməkdaşlığın genişləndirilməsi, strateji əməkdaşlığın inkişafı və bu ölkələr arasında sərmayələrin təşviqi məsələləri müzakirə ediləcək.

 

İRAQDA KONSULLUQ AÇIR

Bu gün Səudiyyə Ərəbistanı İraqın paytaxtı Bağdadda öz konsulluğunu açacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bunu Səudiyyə Ərəbistanının ticarət və sərmayə naziri Macid Abdulla əl-Kassabi Bağdadda keçirdiyi mətbuat konfransında deyib.

Nazir, həmçinin bəyan edib ki, Krallıq gələcəkdə Bağdadın müxtəlif əyalətlərində daha üç konsulluq açmaq niyyətindədir.

Macid Abdulla əl-Kassabi sözlərinə görə, Səudiyyə Ərəbistanı iki ölkə arasında bütün sahələrdə münasibətlərin və əməkdaşlığın inkişafında və möhkəmləndirilməsində maraqlıdır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının nümayəndə heyəti Bağdadda səfərdədir. Nümayəndə heyətinin tərkibinə müxtəlif nazirliklərin və şirkətlərin 115 nümayəndəsi daxildir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et