Kral Çarlzın təsviri olan ilk markalar istehsaldan çıxıb | Banco.az

Kral Çarlzın təsviri olan ilk markalar istehsaldan çıxıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

2022-ci ilin sentyabrında taxta çıxan Kral III Çarlzın təsviri olan ilk markalar istehsal edilib.

Banco.az xəbər verir ki, Kral Çarlzın silueti bağ çiçəklərinin şəkillərindən ibarət xüsusi marka seriyasında yer alacaq.

Kraliça Elizabetin ölümündən sonra ötən aya qədər kraliçanın şəkli və siluetlərindən istifadə edilən ölkədə ilk dəfə bir sıra markalarda Kral Çarlzın təsviri görünəcək.

Kral Çarlzın silueti olan poçt markaları gələn həftə nümayiş etdiriləcək, lakin köhnə markalar tükənənə qədər istifadə edilməyəcək. Ehtimal olunur ki, kralın şəkli olan markalara gələn aydan sonra poçtlarda rast gəlmək mümkün olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram