Kosmik səyahətlərin bron edilməsi üçün yeni sayt yaradılır | Banco.az

Kosmik səyahətlərin bron edilməsi üçün yeni sayt yaradılır

Tamara Mustafayeva, Banco.az

Koronavirus pandemiyası yayıldığı gündən bəri yaşayış tərzimiz əsaslı şəkildə dəyişib. Dünya səyahətinə çıxmaq və yeni yerlər kəşf etmək artıq sanki bir xəyal kimi görünür. Bəs insanların qısa müddətlik də olsa dünyadan kənara çıxıb kosmosda istirahət etməyinin bir yolu olsaydı?

Bu fikir çox xəyali səslənsə də, Hotels.com saytı insanların kosmosa səyahət edib qalaktikalararası otellərdə gecələyəcəkləri kosmik turizm dövrünün çox yaxında başlayacağından olduqca əmindir. Bu səbəbdən də otel bronlaşdırılması üzrə ixtisaslaşan bu sayt "gələcəkdə kosmik otel rezervasiyaları təklif edən ilk onlayn səyahət portalı" olmağa çalışır. Hətta qalaktikalar üzrə səyahətin necə görünəcəyinə dair təsvirlərin yayımlandığı yeni bir sayt da açıb.

Sözügedən sayt otel xidmətlərini həyata keçirən robotların potensial görünüşünü, kosmik geyimləri, meteorit barını və başqalarını əks etdirir. Otaqlar içərisində "holoqrafik oyatma çağrısı" olan yuxu kapsulları ilə təchiz olunmuş formada göstərilir.

Saytda təsvir edilən otel insana çox cəlbedici görünsə də, hələ ki, mövcud deyil. Bununla belə Hotels.com gələcəkdə bu layihənin reallaşacağına əmindir. Hətta ad və ya soyadları səkkiz planetdən birinin adı ilə eyni olan ilk 20 kosmik turistə 250 dollar dəyərində hədiyyə kartı təqdim edəcək. Bu hədiyyə kartları Ayda və digər planetlərdəki müəssisələrdə istifadə edilə biləcək. Ancaq həmin gün gələnədək kartlar dünyada da keçərlidir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Toyota Aya avtomobil göndərəcək

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et