Çoxlarının bu suala cavabı rüşvət daha kiçik anlayış olub, korrupsiyanın içində yer alır kimi olur. Əslində məsələ necədir?
Korrupsiya, hər hansı dövlət orqanında səlahiyyətli şəxs və ya şəxslərin qanunun maddə və alt maddələrində kiçik dəyişikliklər həyata keçirərək irimiqyaslı cinayətkarlara, cinayət əməllərinə ortaq olmalarıdır. Korrupsiya pul ilə və ya digər maraqlarla əlaqədar ola bilər, lakin bilavasitə pul vasitəsiylə həyata keçirilmir. Birbaşa pul vasitəsiylə maraqların qarşılanması, müəyyən məsəslələrin “qısa” yolla həllinin həyata keçirildiyi anlayış rüşvətdir. Korrupsiya hərhansı imtiyaz və ya statusdan istifadə nəticəsində həyata keçirilən cinayətdir.
Ölkəmizdə bu kimi halların qarşısının alınması üçün yaradılan orqan “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya”-dır. Bu Komissiya Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə əsasən yaradılmışdır və korrupsiyanın qarşısının alınması üçün ixtisaslaşmış orqan kimi fəaliyyət göstərmək xarakteri daşıyaraq müvafiq funksiyaları yerinə yetirir. Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını və digər normativ aktlarını rəhbər tutur.
Fuad Vahabzadə, banco.az