Korporativ idarəetmə sistemi nədir? | Banco.az

Korporativ idarəetmə sistemi nədir?

Korporativ idarəetmə müəssisələrin idarəetmə və yoxlama sistemidir. Korporativ idarəetmənin mükəmməl olması önəmlidir, çünki əsasən böyük şirkətlərdə və müəssisələrdə sahibkarlarla menecerlər eyni olmurlar, səhmdarların və digər tərəflərin maraqlarının nəzərə alınması və tarazlaşdırılması isə mühüm məsələdir. Müəssisənin fəaliyyətində maraqlı olan şəxslər əsasən üç qrupa ayrılır:

  1. Direktorlar (menecerlər)
  2. Səhmdarlar (müəssisənin səhmlərinə sahib olan şəxslər)
  3. Digər şəxslər (işçilər, təchizatçılar, sifarişçilər, müştərilər və s.)

Bəzi müəssisələrdə səhmdarlar müəssisənin fəaliyyətindən bütövlükdə xəbərdar olurlar, çünki onlar eyni zamanda həmin müəssisənin menecerləridirlər. Baxmayaraq ki, bəzi müəssisələrdə səhmdarların menecerlərin idarəetmə fəaliyyəti ilə  yalnız “səhmdarların ümumi yığıncağında” tanış olmaq şansları olur. Bu da menecerlər və səhmdarlar arasında informasiyanın azlığı ucbatından maraqların toqquşmasına gətirib çixarır.

Ən sərfəli kredit üçün müraciət et

Korporativ idarəetmə ona görə vacibdir ki, o, bütün tərəflərin maraqlarını nəzərə alır və audit komitəsi vasitəsi ilə müəssisənin fəaliyyətinə nəzarət edir. Korporativ idarəetmə şirkətin yoxlama və idarəetmə sisteminin qaydalar, təcrübə və fəaliyyət hissəsini əhatə edir. Bu sistem müəssisənin bütün tərəflərinin - səhmdarlar, direktorlar, müştərilər, təchizatçılar, maliyyəçilər, hökumət və s.nin maraqlarını balanslaşdırır. Bütün bunlar müəssisələrdə korporativ idarəetmənin mövcudluğunu vacibləşdirir.

Ən sərfəli krediti almaq üçün müraciət et