Koronavirusun ikinci dalğası 80 milyon insanı işsiz qoya bilər | Banco.az

Koronavirusun ikinci dalğası 80 milyon insanı işsiz qoya bilər

Tamara Mustafayeva, Banco.az

Baş qərargahı Fransanın paytaxtı Paris şəhərində yerləşən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) koronavirusun ikinci dalğasının işsizlik nisbətini 12%-ə çatdıracağını bildirib. Bu isə təşkilata üzv ölkələr üzrə 80 milyon insanın işini itirməsi deməkdir. 

Banco.az xarici mətbuata istinadla bildirir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının dünən açıqladığı sonuncu hesabatına əsasən, hələ ikinci dalğa başlamadan koronavirus pandemiyasının məşğulluq bazarına 2008-ci il iqtisadi böhranından 10 dəfə daha çox təsir göstərdiyi məlum olub.

Təşkilat 37 üzv ölkəsindəki işsizlik nisbətinin aprel ayı ərzində son on ilin rekord həddinə çataraq 8.5% olduğunu, may ayı ərzində isə bu göstəricinin 8.4%-ə düşdüyünü bildirib.

2020-ci ilin sonuna doğru isə bu nisbətin 10%-ə çatacağı, pandemiyada ikinci dalğanın reallaşması halında isə 12%-ə yüksələcəyi proqnozlaşdırılır. Xatırladaq ki, ötən il işsizlik göstəricisi 5.3% təşkil edirdi.

Hesabatda həmçinin məşğulluq bazarının 2021-ci ildən əvvəl yaxşılaşmasının mümkün olmadığı da vurğulanıb. Bununla yanaşı, işsizlikdən ən çox zərər çəkənlərin isə gənclər və qadınlar olduğu qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Təşkilat Böyük Böhrandan bəri yaşanılan ən böyük məşğulluq probleminin bərabərsizlik və yoxsulluğu artırması ehtimalına görə sözügedən vəziyyətin ictimai böhrana çevrilməməsi üçün hökumətlərə çox gec olmadan güclü sosial-iqtisadi islahatların təkmilləşdirilməsini tövsiyə edib.

Həmçinin oxu: Evdən işləmək hansı bərabərsizliklərə səbəb olur?

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et