Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitlərinin bir hissəsi bu işlərə xərclənəcək | Banco.az

Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitlərinin bir hissəsi bu işlərə xərclənəcək

“Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitlərinin bir neçə istiqamətdə istifadəsi nəzərdə tutulub. Bunlardan biri də elmi təqdiqat işləri ilə bağlıdır”.

Bunu Azərbaycan Tibb Universitetinin rektoru, fondun İctimai Nəzarət Şurasının üzvü Gəray Gəraybəyli deyib.

O qeyd edib ki, hazırda COVID-19-un koronavirusun bioloji, mikrobioloji, kliniki xüsusiyyətləri haqqında dünyada tam təsdiqlənmiş məlumatlar yoxdur: “Bir ay öncə virusun xüsusiyyətləri haqqında deyilən fikirlər indi dəyişib. Hətta xəstəliyin fərqli əlamərtləri də ortaya çıxır. Hələlik koronavirus infeksiyasına qarşı tam təsdiqini tapmış protokol yoxdur. Hazırda koronavirus infeksiyası üçün spesifik, məhz bu infeksiya üçün istifadə olunan müalicə üsulu da yoxdur. Hələ xəstəliyin peyvəndi də hazırlanmayıb. Peyvənd hazırlansa belə, onun effektivliyi, yan təsirlərinin necə olacağı hələ bilinmir. Məncə bu fondda olan vəsaitlərin bir qismi elmi tədqiqatlara istifadə olunmalıdır”.

“Mən inanıram ki, bəşəriyyət mütləq COVİD-19 infeksiyasına qalib gələcək. Lakin virusla bağlı qabaqlayıcı, profilaktik tədbirlər elmi tədqiqatlara əsaslanmış təkliflər nəticəsində olmalıdır. Bu virusun forması, xüsusiyyətləri, modifikasiyası, mutasiyası, o cümlədən, müalicə üsulu öyrənilməlidir. Məhz elmi tədqiqatlara əsaslanan qərarlar verməliyik”-deyə Fond üzvü əlavə edib. 

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram