Koronavirus peyvəndinin istifadəsinə bu tarixdə başlanıla bilər | Banco.az

Koronavirus peyvəndinin istifadəsinə bu tarixdə başlanıla bilər

Tamara Mustafayeva, Banco.az

ABŞ-da koronavirus peyvəndinin istifadəsinə 11 dekabr tarixində başlanıla bilər. 

ABŞ peyvənd proqramının rəhbəri Dr. Moncef Slaoui CNN televiziyasına etdiyi açıqlamada peyvəndin istifadəsinə rəsmi icazə verilməsindən dərhal sonra 24 saat ərzində onu tətbiq ediləcəyi ərazilərə daşınmağa başlayacaqlarını bildirib.

Digər tərəfdən İngiltərənin "Telegraph" qəzeti peyvəndin İlgiltərədə ABŞ-dan çox əvvəl istifadəyə buraxılma ehtimalı olduğunu iddia edib.

İspaniyanın Baş Naziri Pedro Sanchez isə ölkə miqyasında müfəssəl peyvənd işlərinin yanvar ayında başlayacağını qeyd edib. O, həmçinin bildirib ki, İspaniya və  Almaniya Avropa İttifaqında peyvənd planlamalarını başa çatdıran ilk ölkələrdir. 

Xatırladaq ki, Pfizer və BionTech şirkətləri tərəfindən istehsal edilən və iki doza istifadə edilməli olan koronavirus peyvəndinin rəsmi təsdiq alması üçün cümə günü ABŞ Qida və Dərman İdarəsinə (FDA) müraciət edilmişdi. FDA 10 dekabrda mövzu ilə bağlı iclas keçirəcək. 95% effektiv olduğu bildirilən peyvəndin ilin sonunadək 50 milyon doz istehsal edilməsi hədəflənir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Avropa İttifaqı "Pfizer-BioNTech" peyvəndinə 15,5 avro ödəyəcək

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et