Avropa İttifaqı "Pfizer-BioNTech" peyvəndinə 15,5 avro ödəyəcək | Banco.az

Avropa İttifaqı "Pfizer-BioNTech" peyvəndinə 15,5 avro ödəyəcək

Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) Pfizer və BioNTech peyvəndinin bir dozası üçün 15,5 avro (18,34 dollar) ödəməyi qəbul edib. Bu qiymət razılaşma çərçivəsində 200 milyon doza üçün 3,1 milyard avro deməkdir.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Aİ Pfizer-BioNTech və CureVac peyvəndləri üçün 10 milyard dollardan çox ödəniş edə bilər.

Həmçinin razılaşmaya əsasən əlavə 100 milyon doza sifariş ediləcəyi təqdirdə isə ümumi ödəniləcək məbləğ 4,65 milyard avroya çata bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et