“Azərbaycan iqtisadiyyatı: pandemiya və postpandemiya dövründə” adlı videokonfrans keçirilib | Banco.az

“Azərbaycan iqtisadiyyatı: pandemiya və postpandemiya dövründə” adlı videokonfrans keçirilib

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı könüllülərlə “Azərbaycan iqtisadiyyatı: pandemiya və postpandemiya dövründə” mövzusunda görüş keçirib. İİTKM-in İslahat Könüllüləri təşkilatının təşkilatçılığı ilə videokonfrans formatında keçirilən görüş zamanı pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirləri və postpandemiya dövrü üçün proqnozlardan danışılıb.  Müzakirələr əsasən ÜDM-nin artımı, tədiyyə balansı, makroiqtisadi vəziyyət, büdcə siyasəti, monetar siyasət və innovativ inkişafı əhatə edib.

Görüşdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin könüllüləri ilə yanaşı ASAN, DOST, QİDA, miqrasiya, aqrar və gömrükçü könüllüləri də olmaqla yüzlərlə gənc iştirak edib. Vüsal Qasımlının çıxışının ardınca könüllüləri və mətbuat nümayəndələrini maraqlandıran suallar dinlənilib və fikir mübadiləsi aparılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram