Könüllü həyat sığortası üzrə yığımlar və ödənişlər artıb | Banco.az

Könüllü həyat sığortası üzrə yığımlar və ödənişlər artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-noyabr aylarında könüllü həyat sığortası növlərinin hesabına 498 milyon 718 min manat sığorta haqqı yığılıb.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 112 milyon 873 min manat və ya 29.3% çoxdur.

Hesabat dövründə könüllü həyat sığortası növləri üzrə ödənişlər isə 2022-ci ilin eyni ayları ilə müqayisədə 43 milyon 575 min manat və ya 19.1% artaraq 271 milyon 629 min manata çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et