"Kompensasiya alacaq borcluların kredit tarixçələri sağlamlaşdırılmalıdır" | Banco.az

"Kompensasiya alacaq borcluların kredit tarixçələri sağlamlaşdırılmalıdır"

İqtisadçı ekspert Samir Əliyev problemli kreditlərin həlli sahəsində atılmalı olan texniki addımların siyahısını açıqlayıb.

S. Əliyev bildirib ki, kompensasiyaya düşən kreditlərin fevralın 21-i (2015) və dekabrın 21-i (2015) tarixlərinə olan qalıqları barədə məlumatlar, banklar və müştərilər üzrə siyahı internetdə (MBNP, MB rəsmi saytında, o cümlədən bankların) yerləşdirilməlidir:

“Kompensasiya alacaq və kredit tarixçəsi pisləşmiş müştərilərə amnistiya verilməlidir. Bunun üçün mərkəzləşdirilmiş kredit reyestrində və Kredit Bürosunun məlumat bazasında həmin şəxslərinin kredit tarixçələri sağlamlaşdırılmalıdır. Veriləcək kompensasiya məbləğinin müştəri və banklar üzrə siyahısı saytlarda (MBNP, MB rəsmi saytında, o cümlədən bankların) yerləşdirilməlidir. Restrukturizasiya müqabilində Mərkəzi Bankdan güzəştli kredit alacaq banklar və veriləcək kredit məbləğləri barədə məlumat açıqlanmalıdır.  Zamin durmuş və əsas borcalanın əvəzində banka pul ödəmiş şəxslərin kompensasiya almaq imkanları təmin edilməlidir”.

Ən sərfəli kredit üçün müraciət et

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et