Kommunal ödənişləri gecikdirənlər kredit almaqda çətinlik çəkə bilər! | Banco.az

Kommunal ödənişləri gecikdirənlər kredit almaqda çətinlik çəkə bilər!

Bugün “Azərbaycan Kredit Bürosu” MMC-nin fəaliyyəti ilə bağlı  mətbuat konfransı keçirilir. 

Banco.az xəbər verir ki, keçirilən mətbuat konfransında Azərbaycan Banklar Assosiyasının prezidenti Zakir Nuriyev çıxışında qeyd edib ki: "Əlbəttə müştərinin məlumatlarını onun özündən almaq olur amma bu işin maliyyətini artırır, bir bazada borcalanın məlumatlarının toplanması, prosesi həm asanlaşdırır, həm də xərcini minimuma endirir".

Ən sərfəli kredit üçün müraciət et

Zakir Nuriyev, "İnsanlara şərait yaradılacaq ki, ildə 2 dəfə kredit bürosundan öz məlumatlarını əldə etsin, yəni, bazada onlar haqqında hansı məlumatlar olduğunu öyrənsinlər" deyə əlavə edib.

Məqsəd prosesi daha da asanlaşdırmaqdır. Kredit bürosunda şəxs haqqında-şəxsin kommunal ödəniş gecikmələri və s. daxil olmaqla bütün əsas məlumatlar olacaq. Bütün məlumatlar müştərinin şəxsi tarixçəsinə daxil olacaq ve 10 il saxlanılacaq.

İqtisadiyyatin 1% artıb, inflyasiyanın bir rəqəmli, yəni 6-8% arasında olacağını deyən Zakir Nuriyev, bunun da kredit portfelini artıracağını qeyd etdi.