Komanda ruhu anlayışı nə göründüyü qədər asan nə də mürəkkəb bir məfhumdur. Çünki ortaq çalışmaq və iş birliyi etikasından irəli gələn komanda ruhu, işçiləri vəzifə bölgülərinə müvafiq olaraq bir araya gətirib “Şirkətimiz üçün nələrsə edin.” deməklə həll olunacaq məsələ deyil. Şirkət rəhbərləri işçi heyətinin sadəcə fiziki olaraq deyil, düşüncə tərzi baxımından da birlikdə çalışa biləcəklərindən əmin olmaq üçün onları iş saatlarından əlavə əyləncəli fəaliyyətlərdə bir araya toplamalıdırlar.
Bəs dünyanın ən məşhur şirkətləri komanda ruhuna nail olmaq üçün hansı üsullardan istifadə edirlər?
Muhtar Kent (Coca-Cola)
Məsələn, məşhur içki markası “Coca-Cola” bu baxımdan fleşmobun fərqli insanlar arasında ünsiyyət yaradan enerjili formasına etibar edir. Düşünün bəlkə də nə vaxtsa komanda ruhuna sahib bir “Coca-Cola” işçisi olaraq keçirilən fleşmobda Muhtar Kent ilə qarşılasa bilərsiniz.
Marissa Mayer (Yahoo)
Internetin ən populyar axtarış portalı olan “Yahoo” isə bu mövzuya yemək maşını yarışması ilə qatılır. Yemək maşınını öz zövqlərinə görə dizayn edən işçilərdən xəyali yemək şirkətləri üçün loqo və ad fikiləşib tapmaqları da istənilir və komanda üzvləri bişirdikləri yeməklərlə digər iş yoldaşları ilə rəqib olurlar. Necə yəni, siz CEO Marissa Mayerin bişirdiyi şorbanı bəyənmədiniz?
Ryann Mack (Facebook)
“Facebook” Boston lideri Ryan Mack isə işçilərin bir-biri ilə sosial ünsiyyətini gücləndirmək üçün bəzən onların Boston Limanında yelkən öyrənmələrini təşkil edir, bəzən də isti havalarda Fenway Parkda yay şənliyinə dəvət edir.
Brent Smart (Saatchi&Saatchi)
Beynəlxalq kommunikasiya və reklam agentliyi şəbəkəsi olan “Saatchi&Saatchi” nin CEO-su Brent Smart komanda ruhunu inkişaf etdirmədə ləzzətin birləşdirici gücünə inanır. Hər ay fərqli departamentlərdən 20 işçinin qatıldığı ailə yeməklərində o zamana qədər eyni iş yerində işləyib tanış olmamış və ya yaxın ünsiyyətə sahib olmayanlar həm ləzzətli yeməklərin dadına baxır, həm də karaoke performansına qatılaraq mahnı oxuyurlar.
Mark Josephson (Bit.ly)
O uzun internet adresslərini onlar olmasa necə qısalda bilərik. Bit.ly işçilərinin komanda ruhu qatıldıqları kokteyl şənliklərində formalaşır. Şirkətin CEO-su Mark Josephsonun ev sahibliyi etdiyi həftədə bir dəfə keçirilən Cocktails&Dreams (Kokteyllər və Xəyallar) şənliklərində işçilərdən biri barmen olur və digər bütün komanda üzvləri onun hazırladığı içkilərin dadına baxırlar.
Tamara Mustafayeva, banco.az