“Kölgə iqtisadiyyatı” xarici investorların Azərbaycana gəlməsinə mane olan 3 əsas amildən biridir” | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

“Kölgə iqtisadiyyatı” xarici investorların Azərbaycana gəlməsinə mane olan 3 əsas amildən biridir”

Bunu Bakıda keçirilən "Kölgə İqtisadiyyatına Qarşı Mübarizə - İqtisadi İnkişafın Mühüm Amili kimi" adlı konfransda vergilər naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, “kölgə iqtisadiyyatı” xarici investorların Azərbaycana gəlməsinə mane olur: “Vergilər Nazirliyi bu il “kölgə iqtisadiyyatı”nın həcmini azaltmağı hədəfləyib:

"Gəlirlərini tam şəffaf bəyan etmək istəməyənlər az deyil. Bəzən onların səsi gur çıxır. Amma bu, müvəqqəti haldır. Qanun qarşısında hamı bərabərdir. Bu, həm yerli, həm də xarici investorlar üçün vacib şərtdir. “Kölgə iqtisadiyyatı” xarici investorların Azərbaycana gəlməsinə mane olan 3 əsas amildən biridir".

report.az