Tamara Mustafayeva, Banco.az
Braziliyadakı donvurma hadisələrinin körpə qəhvə ağaclarını məhv edə biləcəyi və məhsullara uzun müddətli zərər yetirəcəyinə dair narahatlıqlar səbəbindən kofe qiymətləri ötən altı ilin ən yüksək səviyyəsinə qədər bahalaşıb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, dünyada ən böyük qəhvə istehsalının həyata keçirildiyi Braziliyada yaşanılan şiddətli donvurma hadisələrindən sonra kofe qiymətləri axırıncı altı ilin maksimumuna çatıb.
Qeyd edək ki, "Arabica" qəhvələrinin fyuçers qiymətləri sözügedən hadisələrdən sonra ötən 1 həftə ərzində 25% dəyər qazanıb. Bununla yanaşı, kofe qiymətləri bu ilin yanvar ayından bəri 52% bahalaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!