Kinematoqrafiya üçün pul ayrıldı - SƏRƏNCAM | Banco.az

Kinematoqrafiya üçün pul ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev mədəniyyətə dövlət qayğısının daha da artırılması, kino sənəti ənənələrinin yaşadılması və film istehsalı sahəsinin modernləşdirilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncamda Mədəniyyət Nazirliyinə “Azərbaycan kinematoqrafiyasının inkişaf konsepsiyası” layihəsini üç müddətində hazırlamaq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və digər aidiyyəti qurumların təkliflərini nəzərə almaqla tapşırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Sərəncamın əsasən, dövlət sifarişi ilə film istehsalını və gənc kinematoqrafçıların yaradıcılığının dəstəklənməsi ilə bağlı layihələrin həyata keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 5 milyon manat ayrılıb.