Kimlər sosial müavinət ala bilər?- MƏBLƏĞİ | Banco.az

Kimlər sosial müavinət ala bilər?- MƏBLƏĞİ

Hər bir ölkənin təbii sərvətləri, mədəniyyəti, təfəkkürü və s. fərqli olduğundan hər birinin iqtisadi vəziyyəti, inkişaf modeli də fərqlidir. Nə qədər özünəməxsus iqtisadi modellər olsa da, bütün ölkələri birləşdirən üç iqtisadi inkişaf modeli var: liberal, sosial yönümlü və sosial-demokratik. Liberal model xüsusi mülkiyyətin iqtisadiyyatda üstün mövqeyə malik olması, bazar subyektlərinin sərbəstliyi, dövlətin müdaxiləsinin məhdud olması ilə fərqlənir. Sosial yönümlü modelin əsas xüsusiyyəti onun güclü sosial siyasətinin olmasıdır. Bu siyasət özündə əhalinin gəlirləri arasında fərqləri minimuma endirmək, sosial müdafiə və sosial sığorta sisteminin inkişaf etdirilməsini, minimum yaşayış həddinə təminatı, subsidiyaların ayrılmasını və s. bu kimi sosial tədbirləri birləşdirir. Sosial-demokratik modeldə əsas diqqət qüvvəsi və əmək münasibətlərinin tənzimlənməsidir. 

Azərbaycan iqtisadiyyatı da sosial yönümlü model olaraq əhali arasında gəlir bərabərliyini təmin etmək üçün bir sıra sosial müavinətlər verir. Bu müavinətlər yaşa, uşağa, sağlamlıq və s. görə verilir. Bu müavinətlər qanuna əsasən müəyyən olunur.

Son beş ildə ölkədə sosial yardım alan ailə üzvlərinin sayı yarıya qədər azalıb. Bir nəfərə düşən yardımın məbləği isə 2014-cü ildən 26.4% artıb. 

Dövlətin sosial siyasətlərindən ən əsası da gəlirlərin indeksləşdirilməsidir. İndeksləşdirmə əhalinin gəlirlərinin infilyasiyaya uyğunlaşdırılması nəzərdə tutulur. Bəs ölkəmizdə bu müavinətlər nə dərəcədə indeksləşdirilir? Cədvəldə bir nəfərə düşən sosial yardımın məbləği, 2010-cu ilə nəzərən bir nəfərə düşən sosial yardımda artım və istehlak qiymətləri indeksi öz əksini tapıb (İstehlak qiymətləri dedikdə istehlak səbətinə daxil olan mal və xidmətlərin qiyməti nəzərdə tutulur. İstehlak səbəti ilə bağlı daha ətraflı burdan oxuya bilərsiniz). 2013-cu ildə əgər bu artım müavinətlərdə 3% idisə, istehlak qiymətlərində 11.6% artım olub. Ötən ildə isə bu 2010-cu ilə nəzərən istehlak məhsullarının qiyməti 53% artsa da, bir nəfərə düşən müavinətlər istehlak qiymətlərinin artımından 7% az artıb. 

İllər

Bir nəfərə düşən
aylıq ünvanlı dövlət
sosial yardımın məbləği

Sosial
yardımda artım
İstehlak qiymətləri indeksi
2010

25,0 AZN

0% 100,0
2011

24,1 AZN

-4% -
2012

23,7 AZN

-5% -
2013

25,8 AZN

3% 111,6
2014

28,8 AZN

15% 113,2
2015

33,3 AZN

33% 117,7
2016

35,5 AZN

42% 132,4
2017

35,7 AZN

43% 149,5
2018

36,4 AZN

46% 152,9

Cari vaxtda dövlətin hansı şəxslərə nə qədər sosial yardım verdiyini isə aşağıdakı cədvəldən baxa bilərsiniz. 

Ən sərfəli kredit üçün müraciət et

Sosial müavinətlər

  Məbləğ
(manatla)

Uşağın anadan olmasına görə birdəfəlik müavinət

200

1 yaşınadək uşağı olan aztəminatlı ailələrə

55

bir yaş yarımadək uşağa qulluğa görə

44

bir yaş yarımdan üç yaşınadək qulluğa görə

28

Beşdən çox uşağı olan qadınlara

55

Yaşa görə 

130

I qrup əlillərə

150

II qrup əlillərə

130

III qrup əlillərə

110

Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara

150

Ailə başçısını itirməyə görə 

80

Şəhidin 16 yaşına çatmamış uşaqlarına

21

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının

16 yaşına çatmamış uşaqlarına

100

Müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı

əlil olanların 16 yaşına çatmamış uşaqlarına

15

Dəfn üçün birdəfəlik müavinət*

300

Peşə əmək qabiliyyəti 29 faizədək itirildikdə

33

Peşə əmək qabiliyyəti 30 faizdən 59 faizədək itirildikdə

44

Peşə əmək qabiliyyəti 60 faizdən 79 faizədək itirildikdə 

55

Peşə əmək qabiliyyəti 80 faiz və daha çox itirildikdə

66

İşçi həlak olduqda

77

*Əmək pensiyaçısı vəfat etdikdə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün 480 manat müavinət verilir.


Tərlan Qəhrəmanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et