Kiçik sahibkarlara verilən kreditlərin həcmi 1.5 mlrd. manatı ötüb | Banco.az

Kiçik sahibkarlara verilən kreditlərin həcmi 1.5 mlrd. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda kredit təşkilatlarının bizneslərə verdiyi kreditlərin həcmi bu il may ayının 1-i tarixinə 14 milyard 952 milyon manat təşkil edib.  

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 1 ay əvvəllə müqayisədə 0,11% çoxdur. 

Hesabata görə, cəmi biznes kreditləri portfelinin 393 mln. manatı və ya 2,6%-i qeyri-işlək kreditlər olub.

Biznes portfelinin sahibkarlıq subyektləri üzrə bölgüsünə görə, kreditlərin 8 mlrd. 399 mln. manatı iri sahibkarlığa, 1 mlrd. 904 mln. manatı orta sahibkarlığa, 1 mlrd. 516 mln. manatı kiçik sahibkarlığa, 3 mlrd. 133 mln. manatı isə mikro sahibkarlığa verilib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram