Azərbaycanda 850 mindən çox ailə təsərrüfatı, 400 mindən çox kiçik və orta sahibkar var. Amma onların heç də hamısının kredit resurslarının çıxışı təmin olunmayıb. Bunu Bakıda keçirilən “Maliyyə əhatəliliyini dəstəkləyən innovativ praktikalar: təcrübələrin öyrənilməsi” adlı 7-ci Mikromaliyyə Konfransında Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev deyib. Onun sözlərinə görə, sahibkarların hüquqlarının daha yaxşı qorunması üçün yaxın vaxtlarda ASK-nın, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Nazirlər Kabinetinin iştirakı ilə üçtərəfli sosial şura yaradılacaq.
fins.az