Kiçik müəssisələrin Sosial Media Marketinqində etdikləri 4 əsas səhv | Banco.az

Kiçik müəssisələrin Sosial Media Marketinqində etdikləri 4 əsas səhv

Müəllif: Tamara Mustafayeva, Banco.az

Məlum olduğu kimi, kiçik və orta biznes müəssisələrinin böyük əksəriyyəti marketinq strategiyalarında sosial mediadan müntəzəm istifadə edirlər. Ancaq bununla belə, əksər müəssisələr bəzi hallarda sosial media hesabı açmaqla ümumilikdə sosial media marketinqini eyniləşdirir, belə olduğu təqdirdə isə potensial müştəriləri cəlb edə bilmir və nəticədə həyata keçirdikləri kampaniyalar uğursuz alınır.

Xatırladaq ki, sosial media marketinqi müəssisələrə və ya öz biznesini qurmuş ayrı-ayrı şəxslərə büdcə və əlçatanlıq baxımından cəlbedici görünsə də, bu vasitədədən yalnış istifadə böyük səhvlərə və hətta maliyyə itkilərinə yol aça bilər.

Odur ki, banco.az sizə tez-tez yol verilən 4 əsas səhvi təqdim edir:

Hər internet platformasına reklam vermək

Yol verilən böyük səhvlərdən ilki lüzumsuz saytlara reklam verməkdir. Hər bir sosial media platformasının istifadəçi auditoriyası fərqlidir. Mələsən, "Facebook" dost və tanışlarımızla ünsiyyəti əsas götürməklə əyləncə məqsədilə istifadə edildiyi halda, "Linkedin" daha çox iş dünyası üçün nəzərdə tutulmuş peşəkar platformadır.

Hər iki platformanın sosial media marketinqi üçün necə istifadə olunacağı ilə bağlı böyük fərq vardır. Facebook B2C (Müəssisədən istehlakçıya) kampaniyaları üçün əlverişli olsa da, Linkedlin B2B (Müəssisədən müəssisəyə) kampaniyaları üçün münasibdir.

Kiçik müəssisələrin ən çox etdikləri səhvlərdən biri də öz istifadəçi profillərini müəyyən edə bilməyib yalnış yerlərə reklam vermələridir.

Sosial media hesablarının olması ilə Sosial media marketinqinin qarışdırılması

Sosial media hesabları açmaq 15 dəqiqədən də az davam edən bir prosesdir.

Sosial media hesablarını açdıqdan sonra bəs nə etməli? Bir sonrakı addım istifadəçiləri sizin hesabınıza yönləndirmək üçün maraqlı məzmun yaratmaqdır.

Təqdimata çox diqqət yetirmək

Ən sərfəli kredit üçün müraciət et

Hər hansı bir ticari reklamın başlıca məqsədi potensial müştəri cəlb etmək və ya birbaşa satış həyata keçirməkdir. Buna baxmayaraq ilk gündən satışlara daha çox yönəlmək istifadəçilərin sizin səhifənizi tərk etməsinə gətirib çıxaracaqdır.

Sosial media strategiyalarının əsasında maarifləndirmə məqsədi dayanır. Kiçik müəssisələr bu əsası unudaraq ilk gündən tanıdıma və satışa yönəlirlər. Əgər paylaşdığınız məlumatlara şərh yazılmır və ya istifadəçilər tərəfindən yenidən paylaşılmırsa bu deməkdir ki, sosial media şəbəkəsində uzun müddət qala bilməyəcəksiniz.

Yaradıcılıq faktoru

Kiçik müəssisələr sosial mediada necə nəzərə çarpır?

Kiçik müəssisələr məhdud büdcə ilə fəaliyyət göstərirlər və buna görə də onlar üçün möhtəşəm məzmun yaradacaq bahalı heyət qura bilməzlər.

Sosial media platformalarına ayıracaq vaxtları da məhdurdur. Bəs bu qədər məhduyyətlə necə müvəffəqiyyət əldə edirlər? Canva, Piktochart kimi pulsuz proqramlardan yaradıcı və maraq doğuran məzmunlar yaratmaq üçün istifadə edə bilərsiniz. Diqqət yetirilməli olan əsas məsələ müəssisənin özünü və məhsullarını doğru və yaxşı bir şəkildə tanıtmasıdır.

İnsanlar yaşadıqları müddət ərzində həyatlarının 5 ilini sosial şəbəkələrdə keçirirlər. Beləliklə doğru auditoriyanı müəyyənləşdirdikdən sonra onlara çatmaq şətin deyil. Geri qalanı düzgün addımlar atmaqla asanlıqla həll olunacaqdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et