“KFC”nin sahibi xalis mənfəətini 8% azaldıb | Banco.az

“KFC”nin sahibi xalis mənfəətini 8% azaldıb

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikanın “fast-food” restoran operatoru “Yum! Brands” üçüncü rübdə xalis mənfəətini 8% azaldıb.

Banco.az xəbər verir ki, bu barədə şirkətin mətbuata açıqlamasında bildirilib.

Qeyd olunub ki, iyul-sentyabr aylarında xalis mənfəət ötən ilin eyni dövründə əldə edilən 416 milyon dollarla müqayisədə 382 milyon dollar təşkil edib. Düzəliş edilmiş mənfəət bir səhm üçün 1,44 dollardan 1,37 dollara düşüb. Gəlir isə 7% artaraq 1,83 milyard dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətin müqayisə edilə bilən restoran satışları son rübdə 2% azalıb. “KFC” fast food restoranları - 4%, “Pizza Hut” pizza şəbəkəsi - həmçinin 4%, Meksikanın “Taco Bell” yemək müəssisələri də analoji artım qeydə alıb.

Qeyd edək ki, “Yum! Brands” 150-dən çox ölkədə 60 mindən çox restoran fəaliyyət göstərən, müəssisələrin sayına görə dünyanın ən böyük restoran şirkətidir. Şirkətin üç restoran brendi – “KFC”, “Pizza Hut” və “Taco Bell” müvafiq olaraq toyuq, pizza və Meksika mətbəxi üzrə ixtisaslaşan sürətli xidmət restoran seqmentlərində qlobal liderdir.