KFC məşhur şüarını yenidən istifadə edəcək | Banco.az

KFC məşhur şüarını yenidən istifadə edəcək

Tamara Mustafayeva, Banco.az

Ötən məqalələrimizin birində KFC şirkətinin pandemiya səbəbindən məşhur “finger lickin’ good” şüarını istifadə etməyi dayandırdığını xəbər vermişdik.

KFC pandemiya səbəbilə məşhur şüarını istifadə etməyəcək

Məlum olduğu kimi, ötən il pandemiyanın elan olunması ilə bir çox qabaqlayıcı tədbirlər görməyə başlamışdıq. Xüsusən də gigiyenik qaydalara diqqət etməli olduğumuz həmin günlərdə tanınmış firmalar mühüm qərar qəbul edib fərqli kampaniyalar həyata keçirirdilər. Onlardan biri də illərdir ki, eyni şüardan istifadə edən KFC şirkəti olmuşdu. Belə ki, şirkət barmaq yaladan ləzzətli yeməklərə işarə edən “finger lickin’ good” şüarının istifadəsini dayandırdırmış, bu əsnada da maraqlı reklam kampaniyalarına izma atmışdı. 

"Mother" reklam agentliyi tərəfindən hazırlanan yeni "Your Chicken Could Never" kampaniyasına çəkilmiş reklam filminin sonluğunda yer verilən şüarla isə artıq aydın olur ki, tanınmış şirkət öz keçmiş şüarını yenidən istifadə etməyə başlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et