KFC bu şəhərdə təmassız restoran açdı | Banco.az

KFC bu şəhərdə təmassız restoran açdı

Tamara Mustafayeva, Banco.az

Fast-fud nəhəngi KFC şirkəti "gələcəyin restoranı" olaraq adlandırdığı yeni ağıllı restoranını fəaliyyətə başladıb.

Rusiyanın paytaxtı Moskva şəhərində yenicə açılan bu restoran, əslində ölkədəki bütün iaşə obyektlərinin uzun müddət fəaliyyətini dayandıran koronavirus pandemiyasının başlamasından əvvəl inşa edilmişdi.

Futuristik restoran işçilər və müştərilər arasındakı təması ləğv etməyi hədəfləyir. Belə ki, bu restoranda sifarişlər kassirlərin əvəzinə rəqəmsal köşklər vasitəsilə qeydə alınır. Aşağıdakı video-dan da göründüyü kimi bir robot hazır sifarişləri müəyyən edilmiş yerə daşıyır və müştərilər buradan sifarişlərini götürür. Ödəniş isə kart və ya biometrik üz tanıma sistemi vasitəsilə həyata keçirilir.

Həmçinin oxu: Burger King McDonald`s ilə arasına sosial məsafə qoydu

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et