Burger King McDonald`s ilə arasına sosial məsafə qoydu | Banco.az

Burger King McDonald`s ilə arasına sosial məsafə qoydu

Tamara Mustafayeva, Banco.az

Koronavirus pandemiyası belə Burger King-in əzəli rəqibi McDonald`s şirkətinə “sataşmasına” əngəl olmayıb. Bildiyimiz kimi, dünyanın demək olar ki, hər yerində restoranları olan Burger King əlinə keçən bütün fürsətlərdən McDonald`s-a qarşı istifadə edir və bu dəfə də bunun üçün mövcud vəziyyətin gündəm mövzusu olan sosial məsafəyə müraciət edib.  

Burger King Paris şəhərində fəaliyyət göstərən McDonald`s restoranlarından birinin yanında yerləşən restoranına üzərində “Təhlükəsizliklə bağlı xatırlatma: Qonşularınızla aranızda hər zaman bir metr məsafə saxlayın” yazılan afişa asıb.

Burger King müştərilərinə McDonald`s restoranının maskotu Ronald haqqında da xüsusilə diqqətli olmağı tövsiyə edərək “xüsusən də qırmızı burnu olan qonşularınızla məsafə saxlamağa çalışın”, deyə də birbaşa rəqibini hədəf alıb.

Həmçinin oxu: Pandemiya dövründə çəkilmiş ən yaxşı 5 reklam filmi

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram