“Keyfiyyətli Rekrutinq” Silsiləsindən - Düzgün Proqramçı | Banco.az

“Keyfiyyətli Rekrutinq” Silsiləsindən - Düzgün Proqramçı

Proqramçı sənəti. Günümüzün bəlkədə ən aktual və müstəqil peşəsi adlandıra bilərik. Proqramçı sənətkardır, yaradıcılıqla məşğuldur və bu sənətin sırf icraedici peşə növünə aid edilməsi fikrimcə yalnış yanaşmadır. Proqramçı axtaran rekruterlər işə aid tələblərdə konkret proqramlaşma dillərini, bilavasitə onlara bağlı digər komponentləri, portfelin olmasını və iş stajını bildirməklə kifayətlənirlər. Ancaq sadalanan kriterilər minimal tələblərdir, belə desək sənətkarın alətləridir. Sənətkarın bacarığı isə digər xüsusiyyətlərlə müəyyən edilir.

1. PROBLEMİ KOMPONENTLƏRƏ AYIRIR VƏ ONUN HƏLLİNİ HƏYATA KEÇİRİR.

Proqramçı tapşırığını alan kimi dərhal kod yazmağa qaçmamalıdır. Düzgün proqramçı iş vaxtının 80%-ni ağlıyla, 20%-ni isə əlləri ilə iş görməyə sərf edir. Hətta, çox mürəkkəb olmayan bir proqramın yaradılması təhlil və layihələndirmə tələb edir: problemin daha sadə alt tapşırıqlara ayrılması və ardından bütün həllərin sintezi nəticəsində ümumi həllin formalaşması. Məsələn, tam ədəd dəyişəninin interval uzunluğunu seçmək layihələndirmənin bir elementidir.

2. İCRA MÜDDƏTLƏRİNİ DÜZGÜN QİYMƏTLƏNDİRİR.

İcra müddəti istənilən layihənin əsas tələblərindən biridir. “SMART” modelindəki “T” komponenti vaxtla ölçüləbilən və ya vaxtla məhdudlaşan mənalarında işlədilir. Ancaq nəzərə alsaq ki proqramlaşdırma prossesinin spesifikasına görə dəqiq vaxt deyildikdə kənarlaşmalar çox olur. Bu səbəbdən, düzgün proqramçı bunu nəzərə almalı və icra müddətini interval kimi göstərməlidir. Minimal və ehtimal olunan maksimal zaman aralığını bildirməlidir. Yüksək qeyri-müəyyənlik dərəcəsi səbəbi ilə, bu hal rəhbərliyi təəcübləndirməməlidir.

Ən sərfəli kredit üçün müraciət et

3. İŞ PLANINI VƏ QRAFİKİNİ TƏRTİB EDİR.

Proqramçı məsələnin həlli üçün plan-qrafik tərtib edəndə prioritetləri elə bölüşdürməlidir ki, əsas məqsəd məsələnin həllini tezləşdirmək yox, risklərin minimuma çatdırılması olsun. Sonraya saxlanılan qeyri-müəyyən məsələlərin həlli gələcəkdə çıxılmaz bir nöqtədə dirənə bilər, bu isə hər şeyi yenidən başlamaq məcburiyyətinə gətirib çıxarır.

4. SƏLİQƏLİ YAZIR.

Səliqəli yazı dedikdə, yazılmayan proqramçı kodeksi nəzərdə tutulur. Kod elə yazılmalıdır ki onu müşayiət edən hər bir komanda üzvü başa düşsün.

5. LAZIM OLAN KEYFİYYƏTİ TƏMİN EDİR, XƏRCLƏRİ VƏ RİSKLƏRİ MİNİMUMA ENDİRİR.

Bu, yəqin ki, ən qəliz bacarıqdır. Proqramçı “Nə alındısa alındı” və “Mükəmməl kod yazdım” arasında qızıl ortanı müəyyən etməyi öyrənməlidir.

6. İŞİNƏ DÜRÜST YANAŞIR.

Dürüstlük əsas keyfiyyətlərdən biridir. Burada öz səhvlərinin üzərində işləməkdən tutmuş qrafikdə yaranan kənarlaşmaların analizinədək bütün prosses proqramçının dürüst olmasını tələb edir. Əks halda yazılan proqram Sizə baha başa gəlir. İstər vaxt baxımından, istər keyfiyyət baxımından, istərsə də maliyyə baxımından.

Sabuhi J.Mammadaliyev

Ən sərfəli krediti almaq üçün müraciət et