Kərə yağı idxalının dəyəri 147 dollar azalıb | Banco.az

Kərə yağı idxalının dəyəri 147 dollar azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin birinci yarısında 47,1 milyon dollar dəyərində 8 min 501 ton kərə yağı idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, kərə yağı idxalının dəyəri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 23,2% azalıb.

Hesabat dövründə kərə yağı idxalı Azərbaycanın ümumi idxalının 0,57%-ni təşkil edib.

Qeyd edək ki, hesabat dövründə 1 ton kərə yağının idxal dəyəri 5 531 dollar təşkil edib. Bu da illik müqayisədə 147 dollar azdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram