Bu ilin iyun-iyul ayları ərzində “ABAD” publik hüquqi şəxs üzrə 3 investisiya layihəsi maliyyələşdirilib və bu məqsədlə 110 min manat güzəştli kredit ayrılıb.
Sahibkarlığın İnkişafı Fondundan verilən məlumata görə, maliyyələşdirilən layihələr bağçılıq, arıçılıq və heyvandarlığın inkişafına xidmət edir.
“ABAD”çıların maliyyə resurslarına çıxışının asanlaşdırılması ailə təsərrüfatlarının rəqabət qabiliyyətinin artırılmasına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına, xüsusilə də ölkədə kiçik və orta sahibkarlığın inkişafına töhfə verəcək.
modern.az
Bizi sosial şəbəkələrdən izləyin!!