Kənd təsərrüfatı məhsullarının istehsalı 3% artıb | Banco.az

Kənd təsərrüfatı məhsullarının istehsalı 3% artıb

Bu ilin yanvar-may ayları üzrə Azərbaycanın kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 2245,5 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu məbləğin 1769,8 mln. manatı heyvandarlıq, 475,7 mln. manatı isə bitkiçilik məhsullarının payına düşüb.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 2,9%, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,3%, bitkiçilik məhsulları üzrə isə 5,2% artıb.

Hesabat dövründə 387,5 min hektar sahədə və ya 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,3% çox yazlıq bitkilərin səpini aparılıb. Bu dövrdə 58,1 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (ondan 31,8 min hektarı dən üçün qarğıdalı), 56,0 min hektar sahədə kartof, 66,5 min hektar sahədə tərəvəz, 20,0 min hektar sahədə bostan bitkiləri, 100,5 min hektar sahədə pambıq, 10,9 min hektar sahədə dən üçün günəbaxan, 5,1 min hektar sahədə şəkər çuğunduru, 2,9 min hektar sahədə tütün, 63,7 min hektar sahədə çoxillik otlar, 1,1 min hektar sahədə birillik otlar və 2,7 min hektar sahədə sair yazlıq bitkilər əkilib.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et